Sadıq Sadıqov: "Məni istefaya göndərə biləcək klub axtarıram" Müsahibə
Tarixi oyunda "İnter"lə 2:2-lik heç heçə edən “Neftçi”nin prezidenti Sadıq Sadıqov qarşılaşmadan sonra "Het-trik news" qəzetinə müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:
-
Yəqin ki, oyundan razı qaldız?
- Mən şadam ki, komanda layiqli çıxış etdi, Milanda
xal qazandı. Biz futbolçularımızın bu oyunda necə çıxış edəcəklərinə görə çox
narahat idik. Şadam ki, onlar qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bildilər
və növbəti dəfə tarix yazdılar. Öncə qrup mərhələsinə vəsiqə qazandıq, ardından
qrup mərhələsində ilk xalımızı qazandıq, indi də “İnter” kimi "nəhəng"
klubla səfərdə heç-heçə etdik. Fikrimcə, yaxın 10 ildə çətin ki, klublarımızdan
hansısa bizim nəticəmizi təkrarlaya bilər. Yaxşı oyun alındı. Elə nəticə də
yaxşı hesab oluna bilər.
-
Baş məşqçi Böyükağa Hacıyev həmişə mətbuat konfranslarında sizin komandaya köməyinizdən
danışır. Oyunçular da bunu gizlətmirlər...
- Mən daim komanda ilə birgə olmağa çalışıram.
Onların məşqlərinə, oyunlarına gedirəm. Onların bütün dərd-səri ilə yaxından
maraqlanmağa çalışıram. Həll olunası problemlərini bilmək istəyirəm. Hər məğlubiyyətlərini,
qələbələrini birgə yaşamağa çalışıram. Bu oyun ərəfəsində də bir neçə dərman
içməli oldum. Özünüz də gördünüz. Milandan xal götürməyimiz çox sevindiricidi.
Çox şadam ki, İtaliyadan əliboş qayıtmırıq.
-
Sadiqovun qolu, Kanalesin yekun nəticəni müəyyənləşdirməsi və final fiti. Hansı
daha çox yaddaqalan oldu?
- Sona 30 saniyə qalmış fit səsləndi. Mən elə
düşündüm ki, oyun qurtardı. Bir-birimizi təbrik etməyə başlamışdıq, amma sonra
gördük ki, oyun davam edir. Bu, oyunçuları da çaşdırdı. Həmin son 30 saniyə çox
uzun çəkdi. Bu, daha çox yadımda qaldı.
-
Hacıyev digər klub prezidentlərinə sizin metodunuzdan istifadə etməyi məsləhət
görür...
- Bu, onun fikridi. Mən isə özümü kimdənsə yaxşı
hesab etmirəm. Mənim əsas üstünlüyüm ondadır ki, futbola idmandan gəlmişəm.
Uzun müddət “Neftçi” İSM-ə rəhbərlik etmişəm. İdmançılara nə lazım olduğunu
yaxşı bilirəm. Yəqin ki, həmin təcrübə indi köməyimə çatır.
-
Hacıyevin bəzi açıqlamaları sizə çox kəskin görünmür ki?
- Mənə elə gəlir ki, onun belə danışmağa haqqı
çatır. O, öz sözünü əməldə də həyata keçirir. Hacıyev nəticə qazanır, rəqabətdən
qorxmur. Böyükağa özü məşqçiləri rəqabətə dəvət edir. Əgər, kimsə onu məğlub
etmək istəyirsə, buyursun. Mən çox sevinirəm ki, “Neftçi” bütün bu uğurlarını
azərbaycanlı məşqçinin rəhbərliyi altında qazanır.
-
“Neftçi”dən bundan sonra nə gözləyək?
- Bizə dayanmaq olmaz. Çempionluq uğrunda mübarizəmizi
davam etdiririk. Komandanı gücləndirmək lazımdı.
-
Yenidən çempion olmaq istəyirsiz?
- Mən ardıcıl beş dəfə Azərbaycan çempionu
olmağımızı istəyirəm. Ondan sonra rahatca istefaya gedə bilərəm. Etiraf edim
ki, digər klublardan olan həmkarlarımla söhbətlərdə tez-tez deyirəm ki, məni
istefaya göndərə biləcək klub axtarıram, amma beləsini tapmamışam.
-
Komanda fasilədə gücləndiriləcək?
- Təbii ki. Düzdü, yaxşı futbolçu tapmaq çətin məsələdir,
amma istədiyimiz oyunçuları tapa bilsək, mütləq transfer edəcəyik. Gələn mövsüm
Avrokuboklarda uğurlu çıxış etmək istəyiriksə, artıq indidən işə başlamalıyıq.
Heyəti indidən təşkil etməliyik ki, sonra indiki kimi əziyyət çəkməyək.
"Het-trik
news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |