Ramiz Məmmədovla 50-ci qələbə

10.12.2012 | 2780 dəfə oxunub

Topaz Premyer Liqasının XVI turunun “Sumqayıt”la səfər oyunu “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov üçün əlamətdar olub. Stadium.az klubun rəsmi internet saytına istinadənn xəbər verir ki, “Bayıl Arena”da qazanılan qələbə mütəxəssis üçün yubiley xarakteri daşıyıb. Belə ki, “Qəbələ” hazırkı baş məşqçisinin rəhbərliyi altında sayca 50-ci qələbəni qazanıb.

2006/07 mövsümündə komandada debüt edən və 2009/10 mövsümünün sonunda postunu tərk edən mütəxəssis yubiley qələbəsini bu il qayıtdıqdan sonra rəsmiləşdirib. Məmmədov “Qəbələ”nin “sükanı arxasında” ümumilikdə 129-cu matçında 50-ci qələbəyə sevinib. 

Bu qələbələrin 41-i çempionat, 9-u kubokda qeydə alınıb. Məmmədovlu “Qəbələ” evdə 31, səfərdə 19 dəfə 3 xal qazanıb.

Maraqlıdır ki, 50-ci yubiley qələbəsi baş məşqçinin komandaya dönüşündən sonra çempionatda ümumilikdə 10-cu, səfərdə 5-ci səfər matçında, qayıdışdan sonra Premyer Liqada  5-ci qələbəni qazanmaqla 50-yə çatıb.

2006/07                   Azərbaycan kuboku   2      0     0     2     0-3          0

2006/07                   Premyer Liqa            16    3     3     10   12-30      12

2007/08                   Azərbaycan kuboku   8      3     3     2     10-8        12

2007/08                   Premyer Liqa            26    11   3     12   33-36      36

2008/09                   Azərbaycan kuboku   6      4     1     1     8-8          13

2008/09                   Premyer Liqa            26    9     6     11   28-21      33

2009/10                   Azərbaycan kuboku   2      1     0     1     1-2          3

2009/10                   Premyer Liqa            32    13   10   9     36-36      49

2012/13                   Premyer Liqa            10    5     3     2     12-8        18

2012/13                   Azərbaycan kuboku   1      1     0     0     2-0          3

Cəmi                        Azərbaycan kuboku   19    9     4     6     21-21      31

Cəmi                        Premyer Liqa            110   41   25   44   121-131   148

Cəmi                        yekun                      129   50   29   50   142-152   179

                               Evdə                        65    31   13   21   75-57      106

                               Səfərdə                    64    19   16   29   67-95      73

Daha bir məqam diqqət çəkir ki, 50-ci qələbəsini “Sumqayıt” üzərində qazanan Məmmədov ilkə də “Gənclik şəhəri” təmsilçisi ilə matçda imza atmışdı. 2006/07 mövsümündə noyabrın 27-də “Gilan” adını daşıyan Qəbələ təmsilçisi Sumqayıtın digər komandası “Gənclərbirliyi”ni 2:0 hesabı ilə məğlub etmişdi. İlk qələbədən 2203 gün sonra isə 50-ci qələbə əldə olundu.

Məmmədovun yetirmələri 50 qələbəni 19 müxtəlif rəqib üzərində qazanıb. Daha çox – 6 zəfər “Turan”la görüşlərə təsadüf edib.

Turan (Tovuz)

6

Standard (Sumqayıt)

5

AZAL (Bakı)

4

Karvan (Yevlax)

4

MOİK (Bakı)

4

Gənclərbirliyi (Sumqayıt)

3

Muğan (Salyan)

3

Neftçi (Bakı)

3

Simurq (Zaqatala)

3

ABN-Bərdə

2

Bakı

2

Bakılı

2

İnter (Bakı)

2

Qarabağ (Ağdam)

2

Kəpəz (Gəncə)

1

Qaradağ Lökbatan

1

Rəvan (Bakı)

1

Sumqayıt Şəhər

1

Xəzər Lənkəran

1

Məmmədovun rəhbərliyi altında qazanılan 50 qələbənin ümumi top fərqi 98:18 olub. Bu 50 qələbə 8 müxtəlif hesabla qeydə alınıb.

1:0 16
2:1 15
2:0 10
3:0 4
3:1 2
6:0 1
4:1 1
4:0 1

Göründüyü kimi 50 qələbədən 7-si böyükhesabla olub. Bunlardan ən böyükhesablı qələbə də Sumqayıt təmsilçisi üzərində qazanılıb. 2007/08 mövsümündə - 2007-ci il noyabrın 11-də “Gənclərbirliyi” ilə səfər matçında 6:0 hesablı qələbə əldə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail