Böyükağa Hacıyev dünya reytinqində 98 pillə irəlilədi

11.12.2012 | 4973 dəfə oxunub

Dünyanın ən güclü klub məşqçilərinin növbəti reytinq siyahısı açıqlanıb. Stadium.az xəbər verir ki, əvvəlki kimi siyahıda 4 həmyerlimizin adı yer alıb. Ən yaxşı nəticə Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevə məxsusdur. Komandası Avropa Liqasının qrup mərhələsinin son oyununda İtaliyada “İnter”lə heç-heçə (2:2) edən mütəxəssis sıçrayışa nail olub. İndi Hacıyev 580 xalla 731-ci pillədədir. Ötən həftə ilə müqayisədə hesabına 141 xal əlavə edən çalışdırıcı 98 pillə irəliləyib.

Hacıyevin “Neftçi”dəki köməkçisi Tərlan Əhmədov 365 xalı olan məşqçi 881-ci yerə yüksəlib. Yunis Hüseynov 1073-cü (164 xal), Novruz Əzimov isə 1292-ci pillədə qərarlaşıb.

Ölkəmizdə çalışan əcnəbi mütəxəssislərdən də siyahıda yer alanlar var. “İnter”in gürcüstanlı çalışdırıcısı Kaxaber Sxadadze 316 xalla 917-ci yerdədir. Sxadadze son 1 həftədə 4 pillə irəliləyib.

Siyahıya isə portuqaliyalı Joze Mourinyo başçılıq edir. İspaniya “Real”ının çalışdırıcısı 14.765 xala malikdir. Madrid “Atletiko”sunun çalışdırıcısı Dieqo Simeone 13.920 xalla 2-cidir. “Bavariya”da çalışan Yupp Haynkes isə üçüncüdür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail