Fabreqas: "İspaniyada başla daha çox işləmək lazımdı, nəniki ayaqla" Müsahibə

11.12.2012 | 4885 dəfə oxunub

Sesk Fabreqas "Barselona"ya böyük ümidlərlə transfer olunsa da, hələ ki geridə qalan müddətdə komandanın aparıcı üzvünə çevrilə bilmir. Görəsən, problem nədədir? Axı, Fabreqas İspaniya millisində daha çox meydana ilk "11-lik"də çıxır. Bu suala cavab tapmaq istəyisinizsə, Fabreqasın bu günlərdə "Marca"ya verdiyi müsahibəni oxuyun.

- "Barsa" carı mövsümdə 5 turnirdə mübarizə aparır. Amma sən hələ də ehtiyatda oturursan?

- Problem yoxdur, hələ ki vəziyyət normaldı.

- Həqiqətənmi millidən fərqli olaraq klubda əsas heyətə düşməkdə çətinlik çəkməyin səni narahat etmir?

- Düzdür, ilk "11-liy"ə düşə bilməməyim heç də ürəyimcə deyil. Amma nəzər almaq lazımdır ki, "Barselona"da mənim mövqeyimdə dünya tarixinin ən yaxşı futbolçusu oynayır. İspaniya millisində isə vəziyyət fərqlidi. Axı orada Messi yoxdur.

- Düzdür, Messi haqda dediklərinlə razıyam. Amma sən özün üçün başqa mövqe də tapa bilərsən...

- Mən "Barselona"nın gənclər komandasında çıxış etməyə başlayarkən müdafiədə oynayırdım. Daha sonra məni meydanın mərkəzinə çəkdilər. "Arsenal"da oynayanda isə Venger məni hücumçuların arxasında sınayırdı. Amma bəzən hücumçu kimi də oynayıram. Məsələn, millinin heyətində Gürcüstana qarşı matçda Soldado ilə birgə hücum xəttində yer almışdım. Lakin daha çox 4-3-3 sxemində oynamaq mənə xoşdur. Bu halda meydanda istədiyimi həyata keçirmək daha asan olur.

- Ötən il 3 ay ərzində 11 qol vurdun. Hətta bir ara bombardilər yarışmasında da yer aldın. Amma cari mövsümdə məhsuldarlığın aşağı düşüb. Hətta xeyli müddət qol vura bilmədin. Nə baş verir?

- İzah edirəm də, ötən mövsüm faktiki olaraq hücumçu kimi çıxış edirdim, Messinin yanında. Amma indi başqa tapşırıq alıram. Hazırda daha çox ötürmə verməli, kombinasiya qurmalı və topla daha çox oynamalıyam. Amma mən rəqəmlərin arxasınca qaçmıram. Hətta qol vura bilmədiyimə görə zərrə qədər də narahat olmuram. Axı mən heç vaxt superbombardir olmamışam. Məgər, nə vaxtsa mövsüm ərzində 30 qol vurduğumu görmüsən?

- Əvəzində sən həmişə mərkəzdə mübarizə aparırdın. İndi isə daha çox cinahda görünürsən, özü də müdafiəyə yaxın oynayırsan.

- Mən meydanda yerdəyişmələri sevirəm. Məktəb vaxtı mini-futbol oynayanda həm müdafiədə oynayırdım, həm hücumda. 7-8 yaşım olanda isə "Barselona"nın uşaq məktədində sınaqdan keçirdim. Həmin vaxt özümü mərkəz hücumçusu kimi sınadım. Təsəvvür edirsən, 15 dəqiqəlik yoxlanışda 2 qol vurdum, amma məni yenə də bəyənmədilər.

- Amma necə deyərlər, hər ziyanda bir xeyir var. Əgər həmin vaxt səni komandaya götürsəydilər, elə o vaxtlar Messi ilə rəqabət aparmalı olacaqdın. Səncə 15 il əvvəl buna hazır idin? Ümumiyyətlə, 15 il əvvəlki Fabreqasla indikmi Fabreqas arasında hansı oşxar cəhətlər var?

- Oxşar cəhətlər çoxdur. İnsan kimi çox dəyişməmişəm. Mən hələ atamla birgə futbol oynadığım vaxtları da yaxşı xatırlayıram. Gözəl günlər idi... Bütün günü futbol oynayırdım, dostlarımla, sinif yoldaşlarımla, yorulmaq bilmirdik. Futbola olan sevgimi görən atam yekunda mənim üçün kiçik komanda yaratmaq qərarına gəldi. 5 nəfərdən ibarət əla kollektivimiz var idi. Bəzən hətta səhər, dərslərdən qabaq da məşq edirdik. Daha sonra dərsə gedirdik, dərsdən qayıtdıqdan sonra yenidən axşamadək məşq edib, futbol oynayırdıq. Bir sözlə həyatım yalnız məktəb və futboldan ibarət idi. İstirahət etmək, əylənmək, gəzintiyə getmək - bütün bunların heç biri mənlik deyildi.

- Qayıdaq indiki günlərə. "Barselona" hələ də Çempionlar Liqasının əsas favoritdir?

- Əlbəttə! Ümumiyyətlə, məncə iddialı komandalar dəyişilməyib. Əvvəllər titul uğrunda mübarizə aparan kaomandalar cari mövsümdə də Çempionlar Liqasının qazanmağı hədəfləyiblər.

- Finalda kimi görürsən?

- İndi bunu demək çətindir. Amma düşünürəm ki, həlledici qarşılaşmaya vəsiqə uğrunda biz, "Real", "Bavariya", "Milan" və "Mançestr Yunayted" mübarizə aparacaq

- Nədənsə favoritlər arasında "Çelsi", "Arsenal" və "Yuventus"un adını çəkmədin?

- "Yuventus"? Ola bilər. Ötən il turinlilər super mövsüm keçirdilər. Pirlo, Markizio, Matri, Vidal, Buffon, Kyelini kimi qəhrəmanlarla Skudettonu qazanmağa müvəffəq oldular. "Yuventus"la bağlı bir xoş xatirəm də var. 2006-cı ildə biz "Arsenal"la turinliləri məğlub etməyi bacardıq. Bu Kapello, İbra və Veiyranın komandası idi. Həmin vaxt "Yuve"nin qapısına vurduğum qolu hələ də xatırlayıram. O ki qaldı favoritlərə, Çempionlar Liqasında hər dəfə yeni sürpriz olur. Bəzən heç kimin gözləmədiyi kollektiv kuboka sahib çıxır.

- Amma İspaniyada vəziyyət belə deyil. 2004-cü ildən sonra çempion ya "Real" olur, ya da "Barsa". Darıxdırıcı deyil?

- Yox. İspaniyaya qayıdanda məni bilirsən nə təəccübləndirdi? Mən bir anda başa düşdüm ki, bizim çempionat İngiltərə Premyer Liqasından daha çətindir. Əlbəttə, həm "Barselona", həm də "Real" superklubdu. Daxili arenada heç kim onlarla rəqabət apara bilməz. Düşünürəm ki, İngiltərə Premyer Liqasını qazanmaq İspaniyada çempion olmaqdan daha asandır. İngiltərədə komandaların səviyyəsi bir-birinə daha yaxındır. Sən 5-6 oyunu uduza bilərsən, amma yenə də çempionluq uğrunda şansın qalacaq. Çünki istənilən halda rəqiblər də xal itirəcək. Amma burada biz və madridlilər nəinki uduzmamalı, hətta heç-heçə belə etməməliyik. 1 yenilgi çempionluğun əldən getməsi ilə nəticələnə bilər. Burada qol vurmaq daha çətindir. Çünki ötürmə vermək, hərəkət etmək üçün məsafə daha az olur. Oyunçular tam olaraq matça konsentrasiya olmalıdırlar. Çünki komandalar eyni səviyyədə mübarizə aparırlar və çox az səhvə yol verirlər. Amma İngiltərədə oyun tərzi daha rəngarəngdir. Orada hətta axırıncı yerdə gedən komanda da liderlə görüşdə hücum futbolu sərgiləyir. Bu isə azarkeşlərə zövq verir. Uzun sözün qısası, İspaniyada başla daha çox işləmək lazımdı, nəniki ayaqla.

- Qvardiolanın gedişindən sonra "Barselona" çox dəyişib?

- Məncə, "Barselona" elə həmin komandadı. İndi də hər şey Pepin dövründəki kimidir: eyni şəkildə hazırlaşırıq, məşq edirik, oyunları müzakirə edirik, taktikadan söz açırıq və eyni cür qidalanırıq. Qvardiolanı Vilanovadan fərqləndirən yeganə cəhət ünsiyyət manerasıdır. Bu da normaldır - çünki hərənin bir ünsiyyət tərzi var.

- Qvardiolanın gedişi sizin üçün sürpriz oldu?

- Əlbəttə. Apreldə biz bir yerə toplanarkən heç nədən xəbərimiz yox idi. Ümumiyyətlə, bu haqda heç düşünmürdük də. Qvardiolanın gedişi də, Vilanovanın təyinatı da bizim üçün sürpriz oldu. Amma ikinci qərar bizi çox sevindirdi. Çünki seçimi biz futbolçuların öhdəsinə də buraxsaydılar, yenə də Vilanovanı seçərdik. Bu, həm də bizim üçün bir işarədir. Deməli, klubun siyasəti dəyişmir.

- Tita Vilanova haqda nə deyə bilərsən? Həm insan, həm də məşqçi kimi.

- Mən Titonu çoxdan - hələ 2002-ci ildən tanıyıram. Həmin vaxt o əvəzedici heyəti çalışdırırdı. Mən, Messi və Pike də orada oynayırdıq. Həmin vaxt biz mövsüm ərzində 1 oyun belə uduzmadıq. Geridə qalan 10 il ərzində Vilanova heç dəyişməyib. O hər zaman sakit, təmkinlidi. Böyük peşəkardır. Futbol haqda hər şeyi bilir. Rəqib komandada hətta ən xırda detala belə diqqət yetirir.

- İspaniyanı gənc yaşlarında tərk etdin. Vətəndən ayrı qalmaq çətin deyildi?

- Çətin idi, özü də çox. Barselonadan gedərkən 16 yaşım var idi. Təsəvvür edin, 16 yaşlı oğlan London kimi böyük bir şəhərə tək üz tutur. Orada böyüdüm, formalaşdım. Barselonaya geri dönərkən artıq tam başqa biri idim. London inanılmaz şəhərdir. Çox sakitçilikdir. Rahat şəkildə küçəyə çıxa, kinoya və ya tearta, restorana, bara gedə bilərsən. Amma mən evdən nadir hallarda çıxıram - onda da dostlarımla. Adətən vaxtımı evdə keçirməyə üstünlük verirəm. Ya internetdə otururam, ya da kompyuterdə oyun oynayıram.

- Məşqçi amili sənin üçün çoxmu önəm daşıyır?

- Əlbəttə. Hətta ən güclü idmançı belə, komandasını dəyişərkən problemlə üzləşə bilər. Çətinliyin nədən qaynaqlandığını isə məhz məşqçi müəyyənləşdirməlidir. "Barselona"ya dönmək istədiyimi Vengerə bildirəndə o məni dəstəklədi. Evə qayıtmaq qərarına qarşı çıxmadı. Bu səbəbdən də məni dəstəklədiyinə və komandada zorla saxlamadığına görə ona böyük təşəkkür edirəm.

- Londonda keçirdiyin 8 ilə görə peşman deyilsən ki?

- Yox. Orada olduğum müddətdə heç vaxt peşmançılıq hissi keçirməmişəm. Hətta ən çətin anlarımda belə. Amma Londonda bəxtimin gətirdiyini də deməliyəm. Çünki öz oyunumla məşqçimin inamını doğruldurdum. Həmin vaxt çox xoşbəxt idim. Oradakı illər ərzində böyük təcrübəli topladım. Söhbət tək futboldan getmir. 20 yaşında tək yaşamaq çətindir. Özü də bu cür meqapolisdə. Amma həyatda nəyisə durduq yerdə qazanmaq olmur. Nəsə qazanmaq üçün əziyyət çəkmək lazımdı. Bu, həyatın qanunudu.

"Het-news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail