"Xəzər Lənkəran": 8 ildə 7-ci avtoqol

11.12.2012 | 3407 dəfə oxunub

“Xəzər Lənkəran” cari mövsümdə ilk dəfə rəqib komandanın futbolçusunun avtoqoluna sevinib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqasının XVI turunda komandaya 1 xal gətirən bərabərlik qolunu “Simurq”un üzvü Aleksandr Şemonayev vurub. Avtoqol müəllifi olan zaqatalalı futbolçu “Xəzər Lənkəran”ın tarixinə 7-ci belə oyunçu kimi düşüb.
 
Belə ki, ona qədər 6 dəfə “Xəzər Lənkəran”ın rəqibləri avtoqol etmişdi. 8 yaşlı komanda 5 dəfə çempionat, 2 dəfə kubokda belə halla üzləşib. 2007/08 və 2011/12 mövsümlərində hərəsində 2, 2006/07 və 2009/10 mövsümlərində isə indiki kimi 1 avtoqola təsadüf olunub.
 
Lakin ilk dəfədir ki, avtoqol olan oyunda “Xəzər Lənkəran” qalib gəlməyib. Əvvəlki 6 matçda komanda qələbə qazanmışdı. Lakin bu dəfə həmin qol heç-heçənin qeydə alınmasında həlledici rol oynadı.
 
“Xəzər Lənkəran”ın rəqiblərinin avtoqolları
 
2006/07 mövsümü Azərbaycan kuboku, 1/8 final
02.12.2006 Bakılı – Xəzər Lənkəran – 0:3
Anar Məmmədəliyev, 90+2-öz qapısına
 
2007/08 mövsümü Azərbaycan çempionatı
23.02.2008 Xəzər Lənkəran – Masallı - 4:1
Vaja Lomaşvili, 81-öz qapısına
 
2007/08 mövsümü Azərbaycan kuboku, 1/2 final
09.04.2008 Qəbələ - Xəzər Lənkəran - 1:3
İrakli Vaşakidze, 15-öz qapısına
 
2009/10 mövsümü Azərbaycan çempionatı
10.12.2009 Xəzər Lənkəran – Olimpik-Şüvəlan – 2:1
Abdulkadir Kamara, 63-öz qapısına
 
2011/12 mövsümü Azərbaycan çempionatı
10.09.2011 Xəzər Lənkəran – Neftçi – 1:0
Ruslan Abışov, 41-öz qapısına
 
2011/12 mövsümü Azərbaycan çempionatı
07.03.2012 Turan – Xəzər Lənkəran – 0:1
Ayxan Abbasov, 3-öz qapısına
 
2012/13 mövsümü Azərbaycan çempionatı
10.12.2012 Simurq – Xəzər Lənkəran – 2:2
Aleksandr Şemonayev, 90+4-öz qapısına.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail