Qurban Qurbanov: "Qarabağ" niyə "Neftçi"nin kölgəsində qalmalıdır?" Müsahibə

12.12.2012 | 6107 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Sportinfo.Az saytına verdiyi geniş müsahibəsində klub azarkeşləri və futbol ictimaiyyəti üçün kifayət qədər maraq doğuracaq açıqlamalar verib. Stadium.az həmin müsahibəni təqdim edir: 

- XVI turdan sonra zirvədə qərarlaşmısınız. Bu pilləni əldə saxlamaq çətin olmayacaq?

- Əlbəttə çətin olacaq. Bu zirvəyə yüksəlməyin özü də çətinliklə baş verdi. Ümumiyyətlə, çempionatdakı gərginlik turdan-tura artır ki, bu da bizim işimizi də çətinləşdirir.

- Artıq neçənci mövsümdür ki, "Qarabağ" bir ara çətin perioda düşür, hətta bir çoxu köklü islahatdan, yeni qandan danışır, lakin komanda tədricən toparlanıb liderlər qrupuna qayıdır. Bu mövsüm də bir neçə tur çox uğursuz çıxış etsəniz də, hazırda zirvədəsiniz. Maraqlıdır, uğursuz dönəmlərdə hansısa xüsusi tədbir planı həyata keçirirdiniz yoxsa, heç nəyi dəyişmədən yolunuza davam edirdiniz?

- Biz həmişə gəzən söz-söhbətə öz oyunumuzla cavab vermişik. Uğursuz periodun olması da normaldır. Hər bir komandanın başına bu cür hallar gəlir. Həmin ərəfələrdə zədəli futbolçularımızın çoxluğu da öz təsirini göstərdi. Ancaq sonradan toparlanaraq, vəziyyətdən çıxa bildik.

- Komadanın qış hazırlıq planı bəlli olubmu?

- Bəli, yanvarın 10-dan fevralın 3-ə kimi Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacağıq.

- Həmin ərəfədə heyətə neçə futbolçu cəlb etməyi düşünürsünüz?

- Bunu hələ tam dəqiqləşdirməmişik. Futbolçular var ki, onlarla danışıqlar gedir, baxaq görək, necə alınacaq.

- Ümumiyyətlə, minimum neçə futbolçu ilə güclənməyə ehtiyac görürsünüz?

- Çalışacağıq ki, bizim istəyimizə, tələbimizə uyğun futbolçuları heyətimizə qataq. Beynimizdə tutduğumuz futbolçular var ki, əgər razılığa gələ bilsək, komandamıza götürəcəyik.

- Gəlin konkret danışaq. Çünki "olsa, olarsa" bunlar nisyə söhbətdir. Bəlkə heç beyninizdə tutduğunuz futbolçu ilə razılığa gələ bilmədiniz. Onda belə çıxır ki, Antalyadan əliboş qayıdacaqsınız? Hər halda alternativ variantınız da olmalıdır axı...

- Biz tələsmək istəmirik. Hazırda danışıq apardığımız futbolçular var, gözaltı etdiklərimiz də. Çalışacağıq ki, onları heyətimizə qataq. Hər halda əliboş qayıtmarıq.

- Bir neçə il bundan qabaq Azərbaycanda hamı "Qarabağ"dan danışırdı. Lakin son dövrlər "Neftçi" ön plana çıxıb. Bu komandanın kölgəsində qalmaq sizi qıcıqlandırmır ki?

- Öncə o fikirlə razılaşmıram ki, "Qarabağ" "Neftçi"nin kölgəsində qalıb. "Qarabağ" niyə "Neftçi"nin kölgəsində qalmalıdır?

- Yəni, o mənada dedim ki, Avropa Liqasının qrupundan düşəndən sonra "Neftçi" ön plana çıxıb. İçininizdə yaxşı mənada paxıllıq, motivasiya yoxdur ki, gələn il biz daha böyük uğurlar qazanaq və yenə Azərbaycanda hamı "Qarabağ"dan danışsın?

- Birincisi, unutmaq lazım deyil ki, "Qarabağ" iki il ard-arda Avropa Liqasında pley-off oynayıb. Yəni, ilk olaraq, bu cığırı məhz biz açdıq. İkincisi, pley-off sənin bəxtinə düşən rəqibdən də çox şey aslıdır. Bizim bəxtimizə düşən rəqiblər də güclü idi. Məsələn, "Borussiya" Dortmundun adı kifayət edir. Bəlkə də həmin vaxt bizə başqa rəqib düşsə idi, biz də qrup mərhələsinə vəsiqə qazana bilərdik. Üçüncüsü də, qrupa düşməyin ən asan yolu ölkə çempionluğunu qazanmaqdan keçir. Odur ki, bu il ilk növbədə ölkə çempionu olmaq istəyirik. Daha sonra beynəlxalq oyunlarda bu uğurun davamını gətirməliyik. O ki, qaldı paxıllıq, motivasiya söhbətinə, az öncə dediyim kimi, biz ən azından pley-off sevinci yaşamışıq. Odur ki, bu dəqiqə bizdən çox bu sevinci yaşamayan digər klublarımızda bu motiasiya olmalıdır.

- Son zamanlar "Neftçi" düşərgəsindən həddindən artıq iddialı açıqlamalar gəlir ki, bunu siz də daxil olmaqla, digər klubların ünvanına atılan "daş" da hesab etmək olar. Məsələn, "Neftçi" tərəfi iddia edir ki, onların qazandığı bu uğuru yaxın 4-5 ildə heç bir Aərbaycan klubu etməyəcək...

- Açığı mən bu fikirləri ciddi qəbul eləmirəm. Özüm də oxumuşam ki, "Neftçi"nin prezidenti Sadıq Sadıqov da belə fikir səsləndirib, amma mən buna inanmıram. Yəni, Sadıq müəllimin digər klubların ünvanına bu cür söz deyəcəyinə inanmıram. Görünür müsahibə götürənlə anlaşılmazlıq olub.

- Ancaq bu komandanın makedoniyalı müdafiəçisi İqor Mitreski konkret olaraq, bu fikri səsləndirib...

- Gəlin, burda ayrı-ayrı futbolçuların fikirlərinə şərh verməyək. "Neftçi" böyük uğur qazandı, onları təbrik edirəm. Amma bu, futboldur. Ola bilsin gələn il biz, Çempionlar Liqasının qrupuna düşdük.

- Yenidən qayıdaq "Qarabağ"a. Emin Mustafayevi oynatmayacaqdınızsa, niyə yenidən komandaya qaytarırdınız?

- Emin yaxşı futbolçudur, gəncdir. Sadəcə, bugün "Qarabağ"ın heyəti də güclüdür, burada böyük rəqabət var. Mən Emini "Bakı" ilə çempionat oyununda meydançaya buraxdım və pis təsir də bağışlamadı. Sadəcə, rəqabət böyük olduğundan və komanda da çempionluğu hədəflədiyindən, hər oyunda gənc futbolçulara şans vermək olmur.

- O zaman icarəyə verin, getsin başqa komandada oynasın. Axı bu gedişlə o itib-batacaq...

- Problem yoxdur. Əgər Emini heyətində görmək istəyən hər hansı bir klub bizə müraciət etsə, onu icarə əsasında həmin kluba verməyə hazırıq.

- Bir sual da verim, amma səmimi cavab verin. Emin İmaməliyevlə Bəxtiyar Soltanovu "Kəpəz"ə icarəyə verirsiniz, amma qarşıya da şərt qoyursunuz ki, sizinlə oyunlarda sizə qarşı oynamayacaqlar. Bu nə dərəcədə düzgün addımdır? Əgər onlar bu qədər güclüdürsə, niyə komandada saxlamadınız? Yox, əgər zəifdilərsə, o zaman niyə sizə qarşı oynamalarına sədd qoyursunuz?

- Biz ilk növbədə hər iki futbolçunun futbol oynamasını istəyirdik. Buna görə də, onları "Kəpəz"ə icarəyə verdik. Özü də bunun qarşılığında heç bir təmənna ummadıq. Sadəcə Mahmud Qurbanov dostumuzdur, yeni məşqçiliyə başlayıb və düşündük ki, biz də ona dəstək olar. Eminlə Bəxtiyar da o məqsədlə Gəncəyə göndərildi. O ki qaldı şərtə, bu, artıq iki klub rəhbərliyi arasında qəbul olunan razılıq idi. Belə götürəndə, kubok matçında Bəxtiyar bizə qarşı oynamışdı.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail