Ceyhun Sultanov: "Fasiləyə 20 xalla yollanmaq istəyirik"

13.12.2012 | 5236 dəfə oxunub

Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində səfərdə “Rəvan”la qarşılaşacaq “Sumqayıt” Futbol Klubu məşqlərini Bayıl Arena-da davam etdirir. Stadium.az xəbər verir ki, komandanın üzvü Ceyhun Sultanov hazırlıq mərhələsi və həftəsonu baş tutacaq “Rəvan” oyunu haqqında klubun rəsmi saytına açıqlama verib: “Hazırlığımızı normal şəkildə davam etdiririk. Düzdür, heyətdə hələ də bəzi problemlərimiz qalmaqdadır. Tam onbirliklə meydana çıxa bilmirik. Amma son qarşılaşmalarla müqayisədə əsas heyət üzvlərindən iki-üç futbolçumuz sıraya qayıdıb. Kollektivdə əhval-ruhiyyə də yüksəkdir. Mövsümün “ekvator xəttinə” çatmaq üzrəyik. Hamılıqla çalışırıq ki, birinci dövrəni uğurlu nəticələrlə tamamlayaq. Bunun üçün var qüvvəmizlə hazırlığımızı davam etdiririk. Əsas məqsədimiz ilk olaraq, “Rəvan”la qarşılaşmadan 3 xalla ayrılmaqdır. Bayıl Arena-da adıçəkilən komandanı məğlub etmək məcburiyyətindəyik. Ardınca bizi “Kəpəz”lə çətin oyun gözləyir. Ümumilikdə götürsək, qarşıdakı iki qarşılaşmadan maksimum nəticə ilə ayrılıb yeni ilə 20 xalla yollanmaq istəyirik. İnşallah bütün komanda ilə bu istəyimizə çatarıq”.

Qeyd edək ki, Ceyhun Sultanov cari mövsümdə “Sumqayıt” FK-nun heyətində Premyer Liqada 14 qarşılaşmada 1132 dəqiqə meydanda olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail