Teli: "Qarabağ"da hamı çempionluğa acdır"

13.12.2012 | 4955 dəfə oxunub

"Qarabağ" 2 gün sonra "Bakı" ilə vacib oyuna çıxacaq. Stadium.az "Qarabağ"ın rəsmi internet saytına istinadən xəbər verir ki, Ağdam komandasının paytaxt təmsilçisiylə görüşündə maraqlı məqam yaşana bilər. Belə ki, cari mövsüm "Qarabağ"ın bütün görüşlərində 90 dəqiqə meydanda olan Admir Teli ümumiyyətlə, 2 ildir əvəzlənmədən oynayır. 31 yaşlı müdafiəçi 2 il bundan öncə dekbarın 18-də baş tutan "Qarabağ" - "Muğan" görüşündə meydanda olmayıb. O zamandan bəri əvəzedilməyən albaniyalı legioner artıq Premyer Liqada ardıcıl 63 matçı geridə buraxıb. Ölkə kuboku və Avroliqa oyunlarını da nəzərə alsaq, Admirin seriyasını 70-i ötdüyünün şahidi olaraq. Teli klubun saytına daha geniş danışıb: "Belə bir göstəriciyə sahib olmağımdan xəbərim yoxdur. Daha doğrusu, elə də maraqlanmıram şəxsi göstərcilərimlə. Bunu nəyə borcluyam?  Heç bir məşqi buraxmamağa, xaraktercə daim futbolu düşünməyimə və bir də baş məşqçinin inamına. Bu 3 komponent bir-birini bağlayır. Amma qeyd etdiyim kimi, bu nəticə məni elə də maraqlandırmır. 4 ildir "Qarabağ"dayam. Zənnimcə, çempionluq qazanmaq hər şeydən daha vacibdir. Komandada prezidentdən tutmuş ən siravi işçiyə kimi hamı çempionluğa acdır. Mən də inanılmaz dərəcədə çempionluq istəyirəm. Düşünürəm ki, bunun zamanı çatıb. Baxmayaraq ki, çempionatda rəqabət artıq qızıl medal qazanmalıyıq. Əvvəllər bizim 2 və ya 3 rəqibimiz olardı. İndi fikir verin, 6-7 komanda 1-ci yerə istəklidir. Təbii ki, qışa lider kimi yollanmaq istəyirik. Bu bizə əlavə stimul verəcək. Komandaya transfer məsələsinə qarışmıram. Təbii ki, komandanın gücləndirəcək futbolçuya hər zaman ehtiyac var. Amma qeyd etdiyim kimi bu baş məşqçinin səlahiyyətinə aid olan bir şeydi. "Bakı"yla qarşıdan gələn oyun elə də asan olmayacaq. Ötən mövsüm revanşı haqda düşünmürük. Düzdü, Avroliqaya gedən yolumuzu bağlamışdılar. Amma keçmişlə yaşamaq bugün bizə uğur gətirməyəcək. Daim işləməli və hər oyuna xüsusi diqqət yetirməliyik". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail