"İli uğurlu nəticələrlə başa vurmaq istəyirik" Müsahibə

15.12.2012 | 5125 dəfə oxunub

Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində səfərdə “Rəvan”la qarşılaşacaq “Sumqayıt” Futbol Klubu məşqlərini Bayıl Arena-da davam etdirir. Stadium.az xəbər verir ki, klubun hücumçusu Pərdis Fərcad-Azad hazırlıq mərhələsi və qarşıdakı oyunlarla bağlı klubun rəsmi saytına müsahibə verib. 

- Komandanın hazırlıq mərhələsi barəsində nə deyə bilərsən?
- Hər gün Bayıl Arena-da hazırlığımızı davam etdiririk. Ən böyük çətinliyimiz heyətlə bağlıdır. İlk "onbirlik"lə meydana çıxa bilmirik. Lakin son görüşlərlə müqayisədə əsas heyət üzvlərindən bəziləri sıraya qayıdıb. Kollektivdə əhval-ruhiyyə olduqca yüksəkdir. Hamılıqla növbəti iki oyunumuz “Rəvan” və “Kəpəz”lə qarşılaşmaları düşünürük.

- “Sumqayıt” FK “Rəvan”la qarşılaşmadan hansı nəticə ilə ayrılacaq?
- İli uğurlu nəticələrlə başa vurmaq istəyirik. Bunun üçün qarşıdakı “Rəvan” və “Kəpəz”lə oyunu fikirləşirik. Əvvəlcə həftəsonu “Rəvan”la üz-üzə gələcəyik. Bu qarşılaşmada məğlub olmaq istəmirik. Əsas hədəfimiz isə iki oyundan maksimum nəticə qazanmaqdır. İki matçdan 4 xal qazansaq da, bunu pis nəticə saymaq olmaz.

- Oyun zamanı meydanda ən çox kiminlə yaxşı anlaşırsan?
- Ümumilikdə götürsək, klubda yer alan hər kəslə xoş münasibətim var. Uşaqları biri-birindən fərqləndirmək istəmirəm. Həqiqətən hamının öz yeri var. Qaldı ki, meydanda çıxışıma daha çox Uğur Pamuk, Ruslan Qurbanov və Orxan Əliyevin adını çəkə bilərəm.

- Bir müddət əvvəl Azərbaycan yığmasının heyətində təlim-məşq toplanışında iştirak etdin. Millidə olmaq səndə hansı təəssüratları yaratdı?
- Dəfələrlə demişəm ki, mən azərbaycanlıyam. Bu ölkənin millisində olmağa haqqım çatır. Ən böyük arzularımdan biri çin oldu desəm yalan olmaz. Seleksiya xarakterli təlim-məşq toplanışı zamanı özümü yaxşı tərəfdən göstərdiyimə inanıram. Oradakı əhval-ruhiyyə məni razı saldı. Məşqlərdən sonra A millimizin baş məşqçisi Berti Foqts mənə bəzi tapşırıqlar verirdi. Məşqçilərdən öyrənəcəyim çox şeylər var. İnşallah millinin növbəti toplanışlarına da dəvət alaram.

- Premyer Liqada 16 tur arxada qalıb. Bütün klublara qarşı da çıxış etmisən. Səncə “Sumqayıt” FK mövsümü hansı pillədə tamamlayacaq?
- Əvvəldə də qeyd etdim ki, tam heyətlə hazırlaşa bilmirik. Əgər 2012-ci ildə baş tutacaq iki oyundan 6 xal qazansaq ilk altılıq uğrunda mübarizə apara bilərik. Lakin bu olduqca çətin olacaq. Bunu bacarmasaq, mövsümün sonunda turnir cədvəlini 8-ci pillədə başa vura bilərik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail