Böyükağa Hacıyev jurnalistlə "qırğın"a çıxdı VİDEO

16.12.2012 | 3846 dəfə oxunub

Topaz Premyer Liqasının XVII turunun “Xəzər Lənkəran” - “Neftçi” oyunundan sonra keçirilən mətbuat konfransı qalmaqal baş verib. Stadium.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevlə jurnalistlər arasında xoşagəlməz hadisə yaşanıb. Özünü "Proloq" qəzetinin müxbiri kimi təqdim edən Elşad Səfərli konfrans zamanı Hacıyevə qıcıqlandıran sualla müraciət edib: “Neftçi” 2 ildir hakimlərin hesabına çempion olur. Bu nə vaxtadək davam edəcək?”

Əsəbindən ayağa qalxan Hacıyev isə komandasının təmiz çempionluğunu sübut etmək üçün and-aman edib: “Gözünün içinə kimi yalan deyirsən. Biz təmiz çempion olmuşuq. 2 balamın başını kəsim ki, belə şey yoxdur”.

Ardından çalışdırıcı konfransın təşkilatçıları qarşısında tələb qoyub ki, jurnalist salondan çıxarılsın. Əks halda isə özünün oranı tərk edəcəyini bildirən Hacıyev onlara “ya mən, ya o” seçimini təklif edib. Yekunda jurnalist salondan çıxarılıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail