Vüsal Əliyev: "Gəlib çörəyimizi yeyirlər, sonra da bizi təhqir edirlər"

16.12.2012 | 5133 dəfə oxunub

Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının XVII turu çərçivəsində bu gün keçirilən "Qəbələ" – "Simurq" oyunundan sonra Zaqatala klubunun polşalı qapıçısı David Pietrzkieviç görüşü idarə etmiş FİFA referisi Vüsal Əliyevi təhqir edib. Sportinfo.Az saytına açıqlamasında Vüsal Əliyev olaya aydınlıq gətirərərək, qapıçının həqiqətən də onu təhqir etdiyini deyib: 

"Bunlar qaydaları bilmirlər, amma özlərini elə aparırlar ki... Oyunun sonuna yaxın, Rasim Ramaldanov qaydanı pozan zaman mən cərimə zərbəsi təyin etdim ki, "Simurq"un qapıçısı onda da çox sərt şəkildə etiraz etdiyi üçün sarı vərəqə aldı. Oyundan sonra isə bizə yaxınlaşaraq, hakimləri, xüsusilə də məni təhqir etdi. Guya oyunu vaxtında bitirməmişəm. Axı bunlar qaydaları bilmirlər. Orada əlavə olunmuş dəqiqələrdə  bir epizodda qayda pozuntusu oldu həkimlər meydançaya daxil oldu. Sonra isə əvəzləmə oldu. Bu üst-üstə dəqiqə yarıma yaxın vaxt elədi ki, mən də ümumiləşdirib 1 dəqiqə də əlavə artırdım. Buna görə gəlib hakimləri təhqir etmək olar? Ümumiyyətlə, o qapıçıya kim bu ixtiyarı verib? Gəlib bizim çörəyimizi yeyirlər, özümüzü də təhqir edirlər. Onu da sizə deyim ki, "Simurq" çox aqressiv komandadır. Oyun boyu ancaq yerə yıxılıb vaxt udurlar, hakimə etiraz edirlər, adicə aud atışını da həddindən artıq gec atırlar. İnanın, uduzan komanda başını aşağı salıb gedir, amma bunlar... Udanda belə edirlərsə, uduzanda hakimi güllələyərlər ki.."



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail