"Komanda sözün əsl mənasında "Rəvan"la qarşılaşmada sona qədər döyüşdü"

18.12.2012 | 4962 dəfə oxunub

Topaz Premyer Liqasının 17-ci turunda səfərdə “Rəvan” üzərində əzmkar qələbə qazanan (3:2) “Sumqayıt” Futbol Klubu hazırlığını davam etdirir. Stadium.az xəbər verir ki, komandanın heyətində son 3 qarşılaşmada 90 dəqiqə meydanda olan müdafiəçi Emin Cəfərquliyev klubun rəsmi saytına verdiyi açıqlamada qələbəni şərh verib və 2012-ci ilin son oyunu haqqında danışıb: “Rəvan”la qarşılaşmaya olduqca ciddi hazırlaşmışdıq. Bu oyunda 3 xal bizə hava-su kimi lazım idi. Çünki qələbə qazanıb təhlükəli mövqedən uzaqlaşmaq istəyirdik. Buna qədər keçirdiyimiz son qarşılaşmalarda da qələbəyə yaxın olmuşduq. Lakin bəzi məqamlarda öz səhvlərimiz ucbatından meydanı xalsız tərk etmişdik. Komanda sözün əsl mənasında "Rəvan"la qarşılaşmada sona qədər döyüşdü və qələbə qazandı. Hamını təbrik edirəm. İndi qarşıda bizi daha çətin oyun gözləyir. “Kəpəz” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşdığı üçün meydana yalnız qələbə üçün çıxacaq. Olduqca maraqlı qarşılaşma olacaq. Bu oyunda da əsas hədəfimiz 3 xaldır. İnşallah qələbə qazanıb dövrələrarası fasiləyə 20 xalla yallanarıq”.


Qeyd edək ki, Emin Cəfərquliyev cari mövsümdə “Sumqayıt” Futbol Klubunun heyətində Premyer Liqada 11 qarşılaşmada iştirak edib və 550 dəqiqə meydanda olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail