"Xəzər Lənkəran" üçün yubiley

17.12.2012 | 2920 dəfə oxunub

Topaz Premyer Liqasının XVII turu “Xəzər Lənkəran” üçün əlamətdar hadisə ilə tarixə düşdü. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, “Neftçi”ni qəbul edən komanda Azərbaycan çempionatında yubiley – 250-ci matçını keçirdi. 2004/05 mövsümündə ölkə çempionatında debüt edən “Xəzər Lənkəran” tarixinin ilk rəsmi matçını 2004-cü il avqustun 7-də “Turan”a qarşı keçirib.
 
“Neftçi” ilə “Böyük oyun”a kimi 249 matça çıxan komanda azarkeşləri önündə qeyd etdiyi yubileyində qələbə qazandı – 2:1. Tarixi baxımdan 6-cı əlamətdar qarşılaşmaya çıxan “Xəzər Lənkəran” bu matçlarda “səfərdə heç-heçə, evdə qələbə” prinsipinə davam etdirdi. 100-cü və 200-cü oyunlarını evdə qələbə ilə qeyd edən komanda 250-ci matçda da 3 xala sevindi.
 
 
12004/0507.08.2004Turan (Tovuz)s1:1
502005/0617.02.2006Bakı (Bakı)s1:1
1002007/0823.02.2008Masallı (Masallı)e4:1
1502009/1006.12.2009İnter (Bakı)s1:1
2002010/1113.05.2011Bakı (Bakı)e2:0
2502012/1314.12.2012Neftçi (Bakı)e2:1
 
Qeyd edək ki, 250 oyunda 133 qələbə qazanan “Xəzər Lənkəran” 72 heç-heçə edib və 45 dəfə uduzub. Bu matçlardakı top fərqi 382-172-dir ki, 2004/05 mövsümünün “Şəfa” ilə oyunundakı texniki qələbə (3:0) top fərqinə salınmayıb. Komandamız 250 qarşılaşmadan 124-nü evdə, 125-ni səfərdə, 1-ni isə neytral meydanda keçirib. Futbolçularımız 8 il ərzində 26 rəqiblə üz-üzə gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail