Uruqvayda "Qızıl kubok - Azərbaycan çempionatı 2012"

18.12.2012 | 2608 dəfə oxunub

Uruqvayın paytaxtı Montevideo şəhərində qadınlardan ibarət 18 komandanın iştirak etdiyi "Qızıl kubok - Azərbaycan çempionatı 2012" adlanan futbol turniri keçirilib. Stadium.az xəbər verir ki, Uruqvay Futbol Assosiasiyasının təşkilatçılığı ilə keçirilən turnirin qalibi "Kerre" komandası olub. Qaliblərin mükafatlandırılma mərasimində ölkəmizin Argentina və Uruqvaydakı səfirliyinin nümayəndələri iştirak edib. Mərasimdə çıxış edən Uruqvay Futbol Assosiasiyasının qadın futbolu şurasının prezidenti Nair Akerman Boxard bildirib ki, turnirin "Qızıl kubok - Azərbaycan çempionatı 2012" adlandırılması bu il Azərbaycanda təşkil olunmuş və ilk dəfə olaraq Uruqvay yığmasının çıxış etdiyi FIFA U-17 qadınlararası dünya çempionatı ilə bağlıdır. O, vurğulayıb ki, Uruqvay yığması Azərbaycandan xoş təəssüratlarla ayrılıb və göstərilmiş qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycanın Argentina və Uruqvaydakı səfirliyinin nümayəndələri turnirin adında ölkəmizin qeyd olunmasına görə təşkilatçılara təşəkkür edib və qaliblərə təbriklərini çatdırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail