Baş məşqçiyə 1 illik cəza

18.12.2012 | 4033 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib: 

15 dekabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVII turunun “Qəbələ” – “Simurq” matçının 78-ci dəqiqəsində “Simurq” klubunun 25 №-li futbolçusu Mehman Məmmədov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
15 dekabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVII turunun “Rəvan” – “Sumqayıt” matçının 90+3-cü dəqiqəsində “Rəvan” klubunun 25 №-li futbolçusu Əli Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).
15 dekabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVII turunun AZAL – “Turan” matçının 52-ci dəqiqəsində AZAL klubunun 23 №-li futbolçusu Tərlan Xəlilov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 37.1).
15 dekabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun XIII turunun “Neftçala” – “Qaradağ Lökbatan” matçında “Neftçala” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 67-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 17 №-li futbolçusu Novruz Ələkbərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
16 dekabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun XIII turunun “Lokomotiv” – “Bakılı” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur(maddə 40).
16 dekabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun XIII turunun “Tərəqqi” – “Şəmkir” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 88-ci dəqiqəsində “Tərəqqi” klubunun 14 №-li futbolçusu Mətləb Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
08 dekabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun XII turunun “Energetik” – “Bakılı” matçının 75-ci dəqiqəsində “Energetik” klubunun 9 №-li futbolçusu Samir Əliyevlə aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə göstərilmişdir. Lakin matçın vidoeyazısını izlədikdən sonra futbolçunun aqressiv deyil, kobud oynadığı aşkar edilmişdir. Bu səbəbdən futbolçuya verilmiş 4 oyunluq cəza və kluba verilmiş 400 manat cərimə aşağıdakı kimi əvəz olunur:
- Energetik” klubunun 9 №-li futbolçusu Samir Əliyev 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur(maddə 37.1).
- 10 dekabr 2012-ci il "Azercell U-17 Liqa"nın “Turan” – “İnter” matçının 21-ci dəqiqəsində “Turan” klubunun 3 №-li futbolçusu Ömər İsgəndərov sonuncu ümid foluna birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
13 dekabr 2012-ci il U-16 Liqasının “Xəzər Lənkəran” – “Qəbələ” matçının 30-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun 2 №-li futbolçusu Saməddin Cəfərli aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
09 dekabr 2012-ci il U-14 Liqasının “Qarabağ” – “Vətən” matçının 46 dəqiqəsində “Vətən” klubunun 19 №-li futbolçusu İlkin Qasımov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 37.1).
U-14 və U-13 Liqasının çıxış edən UGİM (Saatlı) klubunun heyətində 4 futbolçunun sənədləri saxtalaşdırılmışdır. Belə ki, U-13 Liqasında çıxış edən UGİM (Saatlı) klubunun futbolçuları Rauf Məlikzadə və Ramil Fətullayev və U-14 Liqasında çıxış edən UGİM (Saatlı) klubunun futbolçuları Ziyamin Hüseynov və Malik Malikzadənin sənədləri saxtalaşdırılmışdır. Qeyd edək ki, U-14 Liqasında çıxış edən UGİM (Saatlı) klubunun heyətində adları göstərilən futbolçular oyunlarda iştirak etməmişlər. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir:
- U-13 Liqasında çıxış edən UGİM (Saatlı) klubunun futbolçuları Rauf Məlikzadə və Ramil Fətullayevin çıxış etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
- Hər iki klubun baş məşqçisi Elşən Atakişiyev futbolçuların lisenziyalarını saxtalaşdırıdığı üçün 12 ay müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılır (maddə 45).
- 16 dekabr 2012-ci il Futzal üzrə Azərbaycan I divizionunun “Çevik” – “Olimp” matçının 12-ci dəqiqəsində “Çevik” klubunun 12 №-li futbolçusu Atalın Ağayev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
16 dekabr 2012-ci il Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “Abşeron” – “Qəbələ” matçının 26-cı dəqiqəsində “Qəbələ” klubunun 7 №-li futbolçusu Mehman Nemətov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
16 dekabr 2012-ci il Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “Sədərək” – “Akkord” matçında “Sədərək” klubu meydandan çıxaraq oyunu davam etdirməmişdir.
Oyunun 48-ci dəqiqəsində “Sədərək” klubunun 9 №-li futbolçusu Şahin Alırzayev hakimə qarşı fiziki təsir göstərdiyi üçün futbolçu 10 oyunluq cəzalanır (maddə 38.6).
Oyunun 48-ci dəqiqəsində  “Sədərək” klubunun 4 №-li futbolçusu Fariz Abbasov və 7 №-li futbolçusu Elxan Abbasov hakimi təhqir etdiyinə üçün  hər iki futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
Oyunun 48-ci dəqiqəsində “Sədərək” klubu meydançanı tərk edərək oyunu davam etdirmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 53).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail