Bombardir AFFA tərəfindən mükafatlandırılıb

18.12.2012 | 7279 dəfə oxunub

Bu gün "Coca-Cola U-13 Liqası"nın 2011/2012-ci il mövsümünün bombardiri, hazırda "Neftçi" klubunun 15 yaşadək futbolçulardan ibarət komandasının üzvü olan Pilağa Mehdiyev AFFA tərəfindən mükafatlandırılıb. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun iştirak etdiyi tədbir P.Mediyevin təhsil aldığı Yasamal rayonundakı Mikayıl Müşfiq adına 18 saylı orta məktəbdə təşkil olunub. B.Foqts əvvəlcə məktəbdəki alman dili kabinetində keçirilən dərsdə olub, buradakı şagirdlərlə alman dilində söhbət edib, onların suallarını cavablandırıb.
 
Məktəbin akt zalında keçirilən tədbirdə əvvəlcə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu çıxış edib. O, bildirib ki, AFFA tərəfindən vaxtaşırı belə tədbirlər təşkil olunur və müxtəlif liqalarda yüksək nəticə göstərən futbolçular mükafatlandırılır. Sonra Pilağa Mehdiyevlə bağlı AFFA tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib. Videoarxın nümayişindən sonra Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts səhnəyə dəvət olunub. B.Foqts futbolun kütləviliyinin artırılması və təbliğinin gücləndirilməsi baxımından belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini deyib. Millinin baş məşqçisi AFFA-nın hədiyyələrini Pilağa Mehdiyevə təqdim edib və futbolçu kimi ona daha böyük uğurlar arzulayıb.
 
Mikayıl Müşfiq adına 18 saylı orta məktəbin direktoru Vaqif Hüseynli çıxış edərək tədbirin təşkili ilə əlaqədar AFFA-ya minnətdarlığını bildirib.
 
Sonda Berti Foqts və Pilağa Mehdiyev jurnalistlərə açıqlama verib və onların suallarını cavablandırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail