”Xəzər Lənkəran”ın rəqibləri üçün 25-ci penalti

19.12.2012 | 3187 dəfə oxunub

Topaz Premyer Liqasının XVII turunun “Neftçi” ilə oyunu “Xəzər Lənkəran”ın qapısına növbəti penaltinin təyin edilməsi ilə əlamətdar oldu. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Fariz Yusifovun komandanın qapısına təyin etdiyi 11 metrlik cərimə zərbəsi klubun 8 illik tarixində 25-ci belə cəza oldu. İlk dəfə belə sınaq qarşısında olan Orxan Sadıqlı Premyer Liqanın bombardiri Nikolas Kanalesin zərbəsini dəf etdi.
 
Bu, “Xəzər Lənkəran” qapısına təyin olunan lakin qolla nəticələnməyən 6-cı zərbə oldu. Bunadək 2 dəfə Kamran Ağayevlə Dmitri Kramarenko hərəyə 2, Aleksandr Martyoşkin 1 dəfə rəqiblə dueldən qalib ayrılıb. İlk dəfə belə duelə çıxan Sadıqlı isə rəqib penaltisi zamanı qapıda duran 5-ci “Xəzər Lənkəran”lı oldu: Kamran Ağayev – 13 penal (11 qol), Dmitri Kramarenko – 6 (4), Aleksandr Martyoşkin – 4 (3), Kamal Bayramov – 1 (1), Orxan Sadıqlı – 1 (0).
 
Bu penalti “Böyük oyun”larda 5-ci belə zərbə oldu. “Xəzər Lənkəran” hər 2 şansından yararlanıbsa, “Neftçi” 3-cü cəhddə 2-ci dəfə zərbəni boşa verdi.
 
Qeyd edək ki, bu 25 zərbədən başqa “Xəzər Lənkəran” oyunsonrası penaltilər seriyalarındakı 20 zərbədən yalnız 13-nü buraxıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail