"Qəbələ"də seleksiya qrupu yaradıldı

19.12.2012 | 3508 dəfə oxunub

Daim yeniliklərlə yadda qalan “Qəbələ” Futbol Klubu daha bir ilkə imza atıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasına istedadlı futbolçuların cəlb olunması üçün daha öncə il ərzində bir neçə dəfə seçimlər keçirən klub bu sahədə işləri sürətləndirmək və daha effektiv nəticə qazanmaq məqsədilə ölkədə ilk dəfə seleksiya qrupu yaradıb. Qrupa tanınmış mütəxəssis Böyükağa Ağayev rəhbərlik edir. Seleksiya işlərində Ağayevə Cavanşir Novruzov (Bakı zonası), Azər İsmayılov (Şimal zonası), Teymur Hüseynov (Mərkəzi Aran rayonları), Rövşən Süleymanov (Cənub), Firuz Qulami (Gəncə) kömək edəcəklər. Bu addımı atmaqda başlıca məqsəd respublika ərazisində 10-16 yaşlı futbolçular arasında keçirilən yarışların izlənməsi, istedadlı futbolçuların müəyyənləşdirilməsi, onların çıxışını mütəmadi olaraq diqqətdə saxlanılması, nəticədə ölkədə potensialı olan gənclər haqqında məlumat bazasının formalaşdırılmasıdır. Seleksiya qrupunun yaradılması zamanı Avropa klublarının təcrübəsindən yararlanan “Qəbələ” bu addımı atmaqla akademiyanın bütün yaş qruplarını gələcək vəd edən futbolçularla təmin etməyi hədəfləyir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail