"Sadıq Sadıqov qısa müddətdə çox işlər gördü" Müsahibə

20.12.2012 | 3881 dəfə oxunub

“Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqovun “Beynəlxalq Yüksək Xidmət” mükafatına layiq görülməsi ilə bağlı xəbər vermişdik. Türkiyədə keçirilmiş tədbirdə “Neftçi” PFK-nı Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Gündüz Abbaszadə təmsil edib. Stadium.az xəbər verir ki, Gündüz Abbaszadə tədbirlə bağlı təsüratlarını klubun rəsmi saytına danışıb:

- İstərdik ki, ilk olaraq tədbirin təşkilatçılıq səviyyəsi barədə danışasınız.

- Türkiyənin ən məşhur Universitetlərindən biri olan “Haliç”də keçirilmiş tədbir ən yüksək səviyyədə təşkil olundu. Təkcə onu demək kifayətdi ki, mərasimdə qardaş ölkənin idman ictimaiyyətinin aparıcı simaları iştirak edirdi. Qonaqlar arasında Gənclər və İdman Nazirinin müavini, Atletizm Federsiyasının prezidenti, Türkiyə futbol federasiyasının eləcə də Galatasaray və Fənərbağça klublarının rəhbər heyəti təmsil olunurdu. Bundan başqa tədbirə hazırda “Beşiktaş” klubunda çıxış edən portuqaliyalı futbolçu Manuel Fernandeş, vaxtilə “Fənərbağça”nın formasını geyinmiş ingiltərəli Dalian Atkinson da dəvət olunmuşdu.

- Mükafatlandırma mərasimi barədə nə deyə bilərsiniz?

- “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqovun layiq görüldüyü “Beynəlxalq Yüksək Xidmət” mükafatını almaq mənim üçün qürurverici bir hissdir və eyni zamanda bu tədbirdə iştirak etmək üçün Türkiyəyə ezam olunmağıma şərait yaradan klub rəhbərliyinə öz minnətdarlığımı bildirmək istərdim. Mükafatı təqdim edən Türkiyə Gənclər və İdman nazirinin müavini Yusuf Tekin “başqanınızı təbrik edirəm. O, qısa müddətdə çox işlər gördü” ifadəsini işlətdi. Ona klubumuz qarşısına qoyulan məqsədlərdən danışdım. Sadıq Sadıqovun “Neftçi”yə prezident seçildikdən sonra klubumuzun ardıcıl 2 dəfə Azərbaycan çempionu olması və Avropa Liqasının qrup mərhələsinə adlamasını böyük idman hadisəsi adlandıran Yusuf bəy bu uğurun davamının gələcəyinə əminliyini dedi.

- Qonaqlar və ümumiyyətlə təşkilatçılar arasında “Neftçi”yə maraq necə idi?

- Nəinki mərasim zamanı ümumiyyətlə Türkiyədə olduğum müddətdə hər kəs məndən “Neftçi” ilə bağlı soruşurdu. Komandamızın Azərbaycan tarixində ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını türkiyəli soydaşlarımız da böyük sevinclə qarşılayıblar. Hətta tədbirdən sonra məşhur LİG TV telekanalının şərhçisi Məlih Şendil mənə yaxınlaşaraq bizə yaxşı mənada paxıllıq etdiyini dedi. Məlih bəy APOEL klubu ilə səfər oyununda qazandığımız qələbəni xatırlayaraq bu zəfərin bütün türk dünyasına bir ərməğan olduğunu söylədi. “Bizim bir neçə il öncə edə bilmədiyimizi siz gerçəkləşdirdiniz. O zaman “Trabzonspor” APOEL-ə məğlub olanda necə üzülmüşdüksə, “Neftçi”nin qələbəsi bizi bir o qədər sevindirdi”. Türkiyənin 4 böyük klubundan biri olan “Beşiktaş”ın və son illər uğurlu çıxışı ilə diqqət çəkən “Bursaspor”un avrokuboklardan kənar qaldığı mövsümdə “Neftçi”nin belə bir nailiyyəti qazanması diqqətdən kənar qala bilməzdi. Yeri gəlmişkən “Beşiktaş” azarkeşləri arasında komandamıza rəğbət bəsləyənlər daha çoxdu. Hər iki klubun rənglərinin ağ-qara olması da öz rolunu oynayır. İstənilən halda artıq türk dünyasının Avropada daha bir təmsilçisi var və onun adı “Neftçi”dir.

- “Neftçi”nin beynəlxalq oyunlarını bütün Avropa izlədi. Komandamızın futbolçuları Türkiyədə maraq dairəsindədirmi?

- Tədbirə dəvət olunmuşlar arasında yer alan “Fənərbağça”nın keçmiş futbolçusu Dalian Atkinsonla söhbətim elə bu mövzuda oldu. O hazırda Avropanın ən böyük menecer şirkətlərinindən birinin sahibidir. Büdcəsinə görə Avropanın və Türkiyənin sayılıb-seçilən klublarının qrup mərhələsinə vəsiqə qazana bilməməsi müqabilində “Neftçi”nin Avropa Liqasının qrup mərhələsində oynaması nəzərləri üzərimizə çəkib. Bu səbəbdən də komandamızda forma geyinən gənc futbolçular əcnəbi menecerlərin maraq dairəsindədir. Biz də istərdik ki, yerli futbolçularımız ölkə xaricində təcrübə qazanaraq nəinki “Neftçi”ni, Həm də Azərbaycanı ən yüksək səviyyədə təmsil etsinlər. Klub prezidenti Sadıq Sadıqov tərəfindən qarşıya qoyulan inkişaf strategiyasının əsas şərtlərindən biri də budur. Biz də öz növbəmizdə çalışırıq ki, bu futbol siyasətinin layiqli icraçıları olaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail