"Xəzər Lənkəran" "Beşiktaş"ın keçmiş hücumçusunu transfer etdi

21.12.2012 | 5664 dəfə oxunub

Qış fasiləsinə çıxan “Xəzər Lənkəran” ilk transferini reallaşdırıb. Stadium.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib. 

T.Nadirov bildirib ki, vaxtilə “Beşiktaş”da oynamış 27 yaşlı hücumçu Gökhan Güləçin keçidini artıq razılaşdırıblar: “Bir sıra ölkələrdə oynayan futbolçularla maraqlanırıq. Artıq Gökhanla anlaşdıq. Tibbi müayinədən keçəndən sonra rəsmi müqavilə bağlayacağıq. Həmin vaxt müqavilənin detalları bilinəcək”.

Güləç “Qaziantepspor” (2004-05, 17 oyun, 4 qol), “Beşiktaş” (2005-07, 35 oyun, 8 qol), “Dənizlispor” (2007-08, 13 oyun, 1 qol), “Bursaspor” (2008-09, 28 oyun, 6 qol), “Kasımpaşa” (2009-2012, 28 oyun, 7 qol) klublarında oynayıb. Bu ildən şərəfini qoruduğu aşağı divizion təmsilçisi “Şanlıurfaspor”un heyətində 14 görüşdə meydana çıxıb.

Türkiyənin 21 yaşlılardan ibarət yığmasında 6 oyunda 1 qol vuran Gökhanın karyerasındakı uğurlar “Beşiktaş”la olub. Belə ki, hücumçu “Qara Qartallar”la 2005 və 2006-cı illərdə Türkiyə kubokunu, 2005-ci ildə eyni zamanda Türkiyə Superkubokunu qazanıb. Ancaq “Beşiktaş”a Ərtoğrul Sağlamın baş məşqçiliyə gəldiyi vaxtda “Dənizslipor”a 1 illiyə icarəyə verilən futbolçu sonradan klubla problemi üzündən müqaviləsi ləğv edilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail