Tsxadadze: "Bu oyunda çoxlu güc sərf etdik"

22.12.2012 | 3554 dəfə oxunub

“Həmkarımla razıyam, hər iki komanda üçün çox vacib oyun idi. Komandalar qələbə üçün istəkli idi, lakin oyunun sonlarına yaxın müdafiədən hücuma keçməkdə müəyyən çətinlik oldu". Stadium.az xəbər verir ki, bu sözləri "Bakı" ilə oyundan sonra "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze deyib. Gürcü mütəxəssis futbolçularının çox güc sərf etdiyini qeyd edib: "Futbolçularımız hücuma cəld keçmək istəyirdi, rəqib isə müdafiədə inamlı oynayırdı, uzun ötürmələr üçün boşluq buraxmırdı. İkinci hissədə daha gözəl hücumlar qurduq, qol epizodunda belə oldu. Hesabı açdıqdan sonra da üstünlüyümüzü qoruduq. Juninyonun uzaq məsafədən zərbələrini nəzərə almasaq, qapımızda ciddi təhlükə yaşanmadı. Oyunun sonlarına yaxın “Bakı”nın müdafiəsində yaranmış boşluqlardan istifadə edə bilərdik. Bu oyunda çoxlu güc sərf etdik, qələbə qazandıq. Rəqib komandanın qapıçısına tezliklə sağalmağı arzulayıram”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail