1 rəqəm, 2 klub, 3 yubiley
Topaz Premyer Liqasının başa çatan XVIII turu 2 klubda 3 yubileylə əlamətdar olub. Stadium.az xəbər verir ki, Premyer Liqaya ötən mövsüm yüksələn “Rəvan” və “Sumqayıt” burada 50-ci matçlarını keçiriblər. Onların hər ikisi 2011/12 mövsümündə 32 dəfə meydana çıxmışdı. Cari mövsümdə isə bu komandalar 18-ci, ümumilikdə isə 50-ci matçlarını keçirdilər.
Mövsümyarım ərzində bir neçə dəfə baş məşqçisini dəyişən “Rəvan”dan fərqli “gənclik şəhəri” təmsilçisi elə Premyer Liqadakı ilk gündən indiyədək almaniyalı Bernhard Raabın rəhbərliyi altında çıxış edir. Bu isə o deməkdir ki, alman mütəxəssis də Premyer Liqada 50-ci matçını keçirib.
Lakin yubileylər fərqli olub. “Sumqayıt” əlamətdar qarşılaşmada “Kəpəz” üzərində əzmkar qələbə qazana bilib – 2:1. “Rəvan” isə “Simurq”la səfər qarşılaşmasında 0:1 hesabı ilə uduzduqdan sonra baş məşqçisi Kemal Alispahiçi istefaya göndərib.
Qeyd edək ki, paytaxt təmsilçisi 50 oyunda 14 qələbə qazanıb, 15 heç-heçə edib və 21 dəfə uduzub. Bu matçlarda “Rəvan” 55 qol vuraraq 68-ni buraxıb və 57 xal toplayıb.
“Sumqayıt” və Raab isə 11 dəfə qalib gəlib və eyni sayda heç-heçə etməklə yanaşı 28 dəfə meydanı xalsız tərk edib. Bu qarşılaşmalarda sumqayıtlılar 44 qol vuraraq 84-nü buraxıblar. Onlar vurduğu qolların sayı qədər xal əldə ediblər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |