Azərbaycanın 20 ən yaxşı idmançısı bəlli oldu

24.12.2012 | 4452 dəfə oxunub

Azərbaycanda ilin ən yaxşı idmançılarının adları açıqlanıb. Stadium.az xəbər verir ki, “Buta” sarayında keçirilən tədbirdə ilin ən yaxşıları seçilən 20 idmançı mükafatlandırılıb. Bunlar London Yay Olimpiya oyunlarının mükafatçıları - çempionlar Toğrul Əsgərovla Şərif Şərifov, gümüş medalçılar Rövşən Bayramov, Mariya Stadnik, bürünc mükafatçılar Valentin Xristov, Emil Əhmədov, Xetaq Qazyumov, Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, Yulkiya Radkeviç, Paralimpiadanın mükafatçıları - Ramin İbrahimov, Afaq Sultanova, Natalya Pronina, İlham Zəkiyev, Oleq Panyutin, habelə Teymur Rəcəbov (şahmat), Oleq Panyutin (paurliftinq), Ayxan Mamayev (karate), Roman Aslanov (kinqboksinq) və Rüfət Qocayev (alpinizm) olub. 

Tədbirin əvvəlində bu il ölkəmizdə keçirilən beynəlxalq idman yarışları, idmançılarımızın qazandığı uğurlarla bağlı videoçarx nümayiş olunub. Gənclər və idman naziri Azad Rəhimov çıxışında bu günün əlamətdar gün olduğunu bildirib: “Qürur hissimizin həddi-hüdudu yoxdur. Bütün Azərbaycanı sevindirən insanların hamısı bu gün burdadır. Bu il ölkəmizdə həqiqətən də idman ili idi. Hazırda Azərbaycanda beynəlxalq miqyasda ən çox tanınan idman ölkələrindəndir. İnanıram ki, gələn il bizim üçün bundan da uğurlu olacaq”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail