Arif Əsədov: “Qarşıma məqsəd qoymuşam ki, millidə mərhələ-mərhələ yüksəlim”

25.12.2012 | 3097 dəfə oxunub

Son yeriNeftçiolan Arif Əsədov hazırda U-19 millisinin baş məşqçisi kimi fəaliyyət göstərir. Əsadovu işə başlamış saymaq olar. Çünki ötən ay millinin seleksiya xarakterli toplanışı olmuşdu. Bir neçə gündür ki, U-19 yenidən yığılıb, amma bu dəfə düşərgəyə ancaq ölkə xaricində olanlar dəvət alıb. Baş məşqçi Arif Əsədovla söhbətimiz elə bu mövzuda oldu. Təbii ki, çempionatı da yaddan çıxartmadıq

Artıq U-19-da fəaliyyətə başlamısız. İlkin olaraq işlər yerdədir?

Ötən ay seleksiya xarakterli toplanışımız oldu. Milliyə namizəd olan bütün futbolçuları bir araya yığaraq onlar arasında seçimimizi etmişik. Bu dəfə isə ölkə xaricində olan gənclər arasında seçim apardıq. Artıq demək olar ki, qarşıdakı toplanışayəni qatılacağımız Qranatkin turnirinə kimləri aparacağımızı müəyyənləşdirmişik. Buna baxmayaraq, seleksiya işimiz hələ davam edir.

Seçdiyiniz uşaqların perspektivini necə görürsüz, onlarla böyük uğurlar qazanmaq mümkün olar?

Onlarla uğur qazanacağımızı demək düzgün çıxmaz. Amma biz işimizi elə qururuq ki, istəyimizə nail olaq. Bunun üçün kifayət qədər vaxtımız var. Mənim prinsipim elədir ki,  heyəti quran zaman seleksiya işini düzgün aparaq, laqiq olanları - güclüləri milliyə dəvət edim. Artıq iki aydır ki, məhz bu işlə məşğuluq.

Digər millilərlə müqayisədə U-19-a seçim bir qədər çətindir. Sizdə vəziyyət necədir?

Digər ölkələrdə elədir ki, gənclər U-17-ni tərk edəndə 18 yaşlılarda oynayır bir il sonra U-19-a asan gəlirlər. Bizdə isə 18 yaşlılar olmadığından, U-17-ni tərk edənlər bir il gözdən itir. Bu mənada çətinliyimiz var. Çünki stabil heyət olmur.

Qranatkin turniri sizin ilk sınağınız olacaq...

Bizim əsas məqsədimiz seçmə mərhələ başlayana kimi yaxşı komanda yaradıb, qrupdan çıxmaqdır. Bu toplanışlar yaxşı komanda yaratmağa xidmət edir. Qranatkin turnirinə o gözlə baxırıq ki, burada seçdiyimiz futbolçuların nəyə qadir olduğuna tam əmin olaq. Əsas işimiz odur ki, hər oyuna qələbə ruhu ilə çıxaq

Son yeriniz ölkənin ən köklü klubu olanNeftçiidi oranı çempion kimi tərk etmişdiz. İndi 19 yaşlılarla işləmək sizə çətinlik yaratmır?

Yox, əksinə. Mən daha əvvəl U-19-da işləmişəm burada yeni deyiləm, hər şey mənə tanışdı.

Sadəcə ortadaNeftçikimi klubla U-19-un müqayisəsi gedir...

Belə deyək , bura millidir mənim məqsədlərim var. Mən həmişə bir işə gələndə hər şeyə sıfırdan başlamağı xoşlayıram. Burada da düşüncəm elədir ki, uğur qazanım yuxarılara qalxım. Hər bir əsgər general olmaq istəyər. Yaşından fərli olmayaraq, milli elə millidir. Hansısa məqsədi olmayan komandada işləməkdənsə, U-19 millisində çalışmaq daha yaxşıdır. Çünki burada Azərbaycan futboluna nəyisə qazandıra bilərsən. “Neftçidən sonra mənə təkliflər vardı, amma elə komandadan sonra məqsədi olmayan yerdə işləməyi özümə layiq bilmədim. Millidə işləmək hər bir məşçi üçün şərəfdir, bunun üçün bu təklifi qəbul etdim

Necə düşünürsüzU-19 sizin üçün U-21 əsas milli üçün trampilin ola bilər?

Əlbəttə, mənim fikirlərim var. Mən Azərbaycanın ən köklü klubunda pik səviyəyə çatmışam. İndi istərdim milli komandada işləyim. Çünki hər bir məşçi üçün ən yüksək vəzifə bu sayılır. Qarşıma belə məqsəd qoymuşam ki, millidə mərhələ-mərhələ bu istəyimə nail olum, yüksəlim.

Çempionat necə gedir?

Çempionat artıq fasiləyə yollanıb. Bəzi komandalarda yorğunluq özünü göstərir. Məncə hazırkı vəziyyətdə komandalara stabillik çatmır. Buna görə klublar arasında böyük xal fərqi yoxdur. Bunun göstəricisidir ki, iki qələbə bir komandanı zirvəyə doğru aparırsa, iki məğlubiyyət digər klubualtılıqdan kənarda qoyur

Çempionat oyunları maraqlıdırmı?

Son 2-3 turdur ki, çempionat daha maraqlı keçir. Bu sözləri daha əvvəlki turlara aid etmək olmaz. İnanıram ki, yeni ildən sonra daha maraqlı çempionat görəcəyik.

Hazırkı vəziyyətə baxanda, “Xəzər LənkəranBakı” ilk “altılıqdan kənarda qala bilər...

ƏgərXəzər Lənkəran” ilk “altılıqdan kənarda qalsa, çempionata maraq tamamən azalacaq. Çünki biz öyrəşmişik ki, ən maraqlı oyunlar məhzNeftçiylə bu komanda arasında olur. Son oyun da göstərdi ki, heyətləri qədər pis olsa da, oyunları olduqca maraqlı keçir.

Sizcə bu komandalardan hansı ilk “altılığadüşməyə bilər?

Bunu konkret demək olmaz. İndi elə xal sıxlığı  var ki, “Sumqayıt” ilk “altılığadüşə, “Xəzər Lənkəran”, AZAL Bakıisə kənarda qala bilər. HəttaQəbələni belə təhlükə gözləyir.

"Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail