“Məqsədimiz ilk pilləni ələ keçirməkdir” Müsahibə
Cari mövsümdə “Simurq” Peşəkar Futbol Klubunun əsas komandası ilə yanaşı əvəzedici heyətinin çıxışında yüksək qiymətləndirmək olar. Stadium.az xəbər verir ki, Rövşən Babayevin yetirmələri “Rəvan”la oyunda da qalib gələrək, fasiləyə 38 xalla ikinci pillədə yollandı. Son qarşılaşmalarda kapitan sarğısı ilə çıxış edən Kənan Müslümov klubun rəsmi saytına müsahibə verib. Gənc futbolçu geridə qalan oyunları dəyərləndirib və qarşıdakı hədəflər haqqında fikirlərini bizimlə bölüşüb.
- Kənan, ilk öncə geridə qalan oyunlar haqqında fikirlərini bilmək istərdik. Fasiləyə qədər keçirdiyiniz qarşılaşmaları necə dəyərləndirərdin?
- Deyərdim ki, artıq ilk altılıqda yerimizi möhkəmlətmişik. Fasiləyə 38 xalla ikinci yerdə yollandıq. Təbii ki, çalışacayıq bundan sonra mövqeyimizi daha da möhkəmlədək. Hədəfimiz turnir cədvəlinin lideri kimi çempionatı qızıl medallarla başa vurmaqdır. Buna qədərki oyunlar haqqında isə onu deyə bilərəm ki, çətin qarşılaşmalar keçirdik. Buna baxmayaraq, bu matçların əksəriyyətində qalib gəldik və lazımı xalları toplaya bildik.
- Bu oyunlar içərisində ən gərgin keçən qarşılaşma sizin üçün hansı olub?
- Çətin oyunlarımız çox olub. Ancaq onlar içərisində “İnter”lə keçirdiyimiz qarşılaşmaları xüsusi vurğulaya bilərəm. Zaqataladakı matç bizim üçün çox çətin keçdi. Rəqibin gücünü bələd idik və turnir cədvəlində bizim ən yaxın izləyicimiz idi. Onları geridə qoymaq üçün mütləq qalib gəlməli idik. Sona qədər meydanda mübarizə apardıq və istəyimizə nail olaraq üç xalı qazanan tərəf olduq.
- Fasilədən sonra “Bakı” ilə aranızdakı xal fərqini aradan qaldıra bilərsinizmi?
- Bizim də əsas məqsədlərimizdən biri odur ki, ilk pilləni ələ keçirdək. Buna qədər yaranan fasilədən istifadə etməliyik. Təlim-məşq toplanışlarında işimizə ciddi yanaşaraq, gücümüzü daha da artırmalıyıq. Baş məşqçimiz Rövşən Babayevin də köməkliyi ilə bu fərqi aradan qaldıra biləcəyimizi düşünürəm.
- Sizin həmçinin qarşıda “Bakı” ilə prinsipial oynunuzda var. Bu qarşılaşma haqqında nə deyərdin?
- Düz qeyd edirsiniz. Bildiyiniz kimi çempionatın əvvəlində onlara böyük hesabla məğlub olduq. İndi bütün komanda üzvlərinin də bir hədəfi var ki, həmin oyunda “Bakı”nı o hesablada məğlub edək.
- Kapitan olaraq komandanın hazırkı durumunu necə dəyərləndirirsən?
- Hazırda vəziyyət əladır. Kollektivdə yaxşı abu-hava var. Hər kəs qarşıya qoyulan hədəf uğrunda var gücü ilə çalışır. Komandada mehribançılıq hökm sürür. Fikrimcə, bu cür kollektivlə hər cür nəaliyyətə nail olmaq olar.
- Son oyunlarda komandanı kapitan olaraq sən meydana çıxardırsan. O sarğını daşımaq necə hissdir?
- Əlbəttə, kapitan olmağım istər məşqdə, istərsə də oyunda üzərimə daha çox məsuliyyət qoyur. Hər şeyə görə ilk öncə mən cavabdehlik daşıyıram. Bu sarğını mənə həvalə etdiklərinə görə məşqçi heyətinə təşəkkürümü bildirirəm. Çalışacam ki, sona qədər onların inamını doğruldum və bu cür məsuliyyətli işin öhdəsindən layiqincə gəlim.
- Əvəzedici heyətdəki hər bir futbolçunun hədəfi əsas komandaya keçməkdir. Sən necə düşünürsən? Özünü buna hazır sayırsanmı?
- Hədəflərimdə ilk öncə məhz bu iş durur. Bir zaqatalalı kimi “Simurq”un formasında Premyer Liqada mübarizə aparmaq və uğurlar qazanmaq arzusundayam. Bunun üçünsə çox çalışmalı olduğumu bilirəm və əlimdən gələni edirəm ki, hədəfimə çatım.
- Baş məşqçiniz Rövşən Babayevin işini necə qiymətləndirərdin?
- Çox gözəl mütəxəssisdir. İşini yaxşı bilir və həvəslə çalışır. Həm bir insan kimi, həm də məşqçi kimi onun fəaliyyətini yüksək qiymətləndiririk. Biz də onun yetirmələri olaraq hər bir tapşırığı tam dəqiqliyi ilə yerinə yetirməyə çalışırıq. İnanıram ki, mövsümün sonunda Rövşən müəllimin rəhbərliyi altında biz çempionatı yüksək yerdə tamamlayacayıq, onun və rəhbərliyin zəhmətini yerdə qoymayacayıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |