Kanales Lomayanın seriyasına son qoydu

25.12.2012 | 3335 dəfə oxunub

“İnter”in qapıçısı Georgi Lomayanın seriyası qırılıb. Stadium.az xəbər verir ki, ardıcıl 6-cı “quru” oyunundan sonra gürcü qolkiperi bu gün "Neftçi"nin hücumçusu Nikolas Kanales məyus edib. Çilili hücumçunun qoluna qədər Lomaya sonuncu dəfə XI turun “Kəpəz”lə matçında qol buraxmışdı. Bu il oktyabrın 30-da “Şəfa”dakı matçın 5-ci dəqiqəsində Elxan Əzizovun zərbəsi qarşısında aciz qalan Lomaya bundan sonra 6 görüşdə qol buraxmayıb. Həmin qarşılaşmanın digər 85 dəqiqəsi, həmçinin “Sumqayıt”, “Turan”, “Rəvan”, AZAL, “Kəpəz” və indi “Bakı” ilə matçın hərəsinin 90 dəqiqəsini Georginin qapısına yol tapan olmayıb.

Bununla da Lomaya 2 rekordu yeniləyib. O, özünə məxsus olan mövsümün quru seriyasını 625-ə çatdırıb. Bu, həm də “İnter”in tarixində görünməmiş nəticədir. Hər 2 rekord 561 dəqiqəyə bərabər idi və məhz oktyabrın 30-da Elxan Əzizov tərəfindən qırılmışdı.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) qeydə aldığı dünyanın ən uzun quru seriyalarının sırasına düşmək üçün Lomayaya 35 dəqiqə çatmırdı. "Neftçi" ilə oyunda qapıçıya bunun üçün qapısını 35 dəqiqə toxunulmaz saxlamaq lazım gəlirdi. Lakin Lomayanın 24 dəqiqəsi çatmadı. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail