"Azərbaycan və Lixtenşteyn komandaları arasında fərq o qədər də güclü deyil" Müsahibə

26.12.2012 | 4260 dəfə oxunub

Lixtenşteyn Futbol Assosiasiyasının prezidenti Mattias Voqtun affa.az saytı üçün eksklüziv müsahibəsi
 
- 2013-cü ilin fevralında Azərbaycan və Lixtenşteyn milli komandaları arasında yoldaşlıq oyunu keçirəcək. Rəqibinizi necə qiymətləndirərdiniz?
- Azərbaycan milli komandasının baş məşqçi Berti Voqts təcrübəli mütəxəssisdir və yaxşı komanda qurmağa nail olub.
 
- Lixtenşteyn milli komandası 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının seçmə mərhələsinə uğursuz başlayıb. Komandanız ilk dörd oyunda məğlub olub. Fikrinizcə, Lixtenşteyn yığması dünya və yaxud Avropa çempionatlarının final mərhələsində iştirak edə bilərmi?
- Bizim ilk dörd oyundan aldığımız nəticələr təssüf ki, qənaətbəxş deyil. Lakin bizi qarşıda daha altı oyun gözləyir. Qısaca olaraq demək istərdim ki, məğlub olduğumuz dörd oyundan üçü kifayət qədər gərgin keçdi. Buradan çıxış edərək demək olar ki, üzümüzə gələn il xal qazanmağa nail olacağıq. Əgər gələcəkdə final mərhələsinə qədər yüksələ bilsək, bunu o zaman müzakirə edərik. Belə olacağı təqdirdə, Azərbaycan milli komandasında olduğu kimi bizə də yaxşı bəxt və asan rəqiblər arzu edirəm.
 
- Azərbaycan millisi ilə qarşılaşma DÇ 2014-ün seçmə oyunlarına hazırlıq baxımından Lixtenşteyn komandasına necə kömək edə bilər?
- Hər bir yoldaşlıq oyunu növbəti qarşılaşmalar üçün təcrübə qazanmaq baxımından faydalıdır. Bu bizim üçün mart ayının sonunda Latviyaya qarşı oynayacağımız matçdan əvvəl əlavə bir hazırlıq ola bilər.
 
- Azərbaycan və Lixtenşteyn komandaları sonuncu dəfə DÇ 2010-un seçmə mərhələsi çərçivəsində 2009-cu ilin oktyabrında Vadutsda qarşılaşıblar və o vaxt Azərbaycan millisi 2:0 hesabı ilə qalib gəlib. Həmin oyunu xatırlayırsınızmı və o matç barədə nə deyə bilərsiniz?
- Həmin oyun yaxşı xatirimdədir. Bundan əlavə, komandlarımız arasında 2008-ci ildə Bakıda bərabərliklə yekunlaşmış oyunu da gözəl xatırlayıram. Mən inanıram ki, Azərbaycan və Lixtenşteyn komandaları arasında fərq o qədər də güclü deyil. İstənilən halda, fevralda görərik.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail