48 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət

26.12.2012 | 3626 dəfə oxunub

Aşağı yaş qrupları üzrə ölkə çempionatlarının hər birində ilk dövrəyə yekun vurulub. Bununla bağlı “Qəbələ” Futbol Akademiyasında 2012-2013 mövsümünün ilk yarısına həsr olunmuş tədbir keçirilib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, toplantıda akademiya üzrə birinci dövrənin ən yaxşı futbolçusunun adı açıqlanıb. “Qəbələ”nin 16 yaşa qədər futbolçulardan ibarət komandasının kapitanı, Azərbaycan U-17 milli komandasının üzvü Roman Hüseynov bu nominasiyanın qalibi olub. Futbolçuya “Galaxy Tab 2” planşeti hədiyyə olunub və gələcək oyunlarda daha böyük uğurlar arzulanıb. Tədbirin ardından gənc futbolçu fikirlərini gabalafc.az-la bölüşüb:

"Çox sevincliyəm. Akademiyamızda istedadlı futbolçular çoxdur. Onların arasından fərqləndirilmək qürurvericidir. Əgər meydançada kiçik də olsa bir uğurum varsa, bunun başlıca səbəbkarı məşqçilərimiz və komanda yoldaşlarımdır. Hamısına təşəkkür edirəm. Çalışacam ki, peşəkar futbolçu kimi yetişib mənə olan ümidləri doğruldum".  

Ümumilikdə 2012-2013 mövsümünün ilk yarısını “Qəbələ” Futbol Akademiyası üçün uğurlu saymaq olar. Ölkə çempionatlarında 6 yaş qrupu üzrə - U-11, U-13, U-14, U-15, U-16 və U-17 komandaları ilə təmsil olunan akademiyamız 4 turnirdə fasiləyə qış çempionu kimi yollanıb. 52 oyuna çıxan “qırmızı-qaralar” bu qarşılaşmaların 48-də meydançanı qalib kimi tərk ediblər. Qalan 4 qarşılaşmalardan üçündə heç-heçə, yalnız birində məğlubiyyət qeydə alınıb. Rəqib qapılarına 255 dəfə yol tapan “Qəbələ” yetirmələri, öz qapılarında cəmi 22 top görüblər.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail