Maradona: “Maurinyo dünyanın ən yaxşı məşqçilərindən biridi”

29.12.2012 | 4673 dəfə oxunub

Futbol əfsanəsi Maradona Joze Mauriniyo haqqında tərif dolu sözlər deyib. Stadium.az xəbər verir ki, Argentinanın sabiq hücumçusu portuqaliyalı məşqçinin hər bir oyunçusuna qarşı diqqətini, onun istedadının sirri kimi qiymətləndirib: "İndiyə qədər qazandığı uğurlar, onun istedadın nəticəsidi. Əminliklə deyə bilərəm ki, Maurinyo dünyanın ən yaxşı məşqçiləri sırasındadı. O, ayrı-ayrılıqda hər bir futbolçusuyla maraqlanır. Karyeram boyu diqqət çəkməyə çalışan bir futbolçu oldum və məşqçilərimi də ən çox maraqlandıran oyunçu məndim. Amma Maurinyo səviyyəsindən asılı olmayaraq heyətin hər bir üzvü ilə yaxından maraqlanır. Kimin nəyə qadir olduğuna bələd olduğu üçün komandaya istədiyi futbolu oynada bilir.”

Qeyd edək ki, ötən günlərdə digər futbol əfsanəsi Yohan Kroyf Joze Mauriniyonun məşqçilik fəaliyyətini sərt tənqid etmişdi.

52 yaşlı futbol ulduzu “Napoli”də məşqçilik etmək arzusundan da danışıb:

“Bu mənim ən böyük arzularımdan biridi. “Napoli”nin məşqçisi olmaq istəyirəm, lakin, əvvəlcə son iş yerimdəki problemləri yoluna qoymalıyam".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail