"Qəbələ"nin üzvləri yeni ili harada və necə keçirəcəklər?

30.12.2012 | 3586 dəfə oxunub

Planetimizdə ən çox sevilən bayram Yeni ilin gəlişidir. Hər il dünyada yüz milyonlarla insan bu hadisəni qeyd edir, bayram sevincini bir-biri ilə bölüşür. Bəs görəsən, futbolçular bu bayramı harada, necə və kiminlə qeyd edəcəklər? Onların arzuları, xəyalları nə ilə bağlıdır? 2013-cü ildən nə gözləyirlər, “Qəbələ”nin azarkeşlərinə ürək sözləri, arzuları nədir? Stadium.az xəbər verir ki, "Qəbələ"nin üzvləri bayramla əlaqəli klubun rəsmi internet saytına maraqlı cavablar veriblər.

Anar Nəzirov: “Arzum karyeramla bağlıdır”

Yeni il bayramını doğulduğum Qaxda, ailəmlə birgə keçirəcəyəm. Ümumiyyətlə, mən Yeni il bayramlarını ailəmlə birgə qeyd etməyi xoşlayıram. İl boyu demək olar, ailə üzvlərimi görmürəm. Buna görə də məzuniyyətlərdə, bayramlarda fürsət düşən kimi ailəmi ziyarət edirəm. 
2013-cü illə bağlı arzularım isə karyeramla bağlıdır. Yeni ildə özümü daha da doğrultmaq istəyirəm. “Qəbələ”nin heyətində nailiyyətlər qazanıb, Avropa miqyaslı yarışlarda çıxış etmək istəyirəm. İnşallah, 2013-cü ildə milli komandamızda da debüt edərəm. 
“Qəbələ”nin azarkeşləri həmişə bizə dəstək olurlar. Komanda udanda da, uduzanda da. İlk növbədə bu sadiqliyə görə onlara minnətdarlığımı bildirirəm. Onların borcundan çıxmaq üçün 2013-cü ildə əlimizdən gələni edəcəyik. Ən başlıcası isə mövsümün sonunda avrokuboklara qazanacağımız vəsiqəni onlara hədiyyə etmək niyyətindəyik.

Rəşad Abdullayev: “Əmin-amanlıq, sülh, firavanlıq!”

İnşallah, Yeni ili ailəmlə birgə keçirəcəyəm. Ola bilsin ki, 2013-cü ili xarici ölkələrin birində qarşıladıq. Açığı, əvvəllər uşaqlar körpə olduğuna görə, ölkədən kənara çıxmaq bir az çətin idi. İndi istəyirəm ki, uşaqları aparım, xaricdə gəzdirim.
Yeni il bayramını çox hay-küylə keçirməyi sevmirəm. Bu, mənim xarakterimə yaddır. Belə bayramları 3-4 ailəvi dostla birgə qeyd etməyi xoşlayıram.
Qarşıdan gələn 2013-cü ildə ölkəmizə əmin-amanlıq, sülh, firavanlıq arzulayıram. Təki gələn il həmvətənlərimizin işləri qaydasında getsin, çətinlikləri olmasın. Çünki insanın problemi olmayanda, o, daxilən rahat olur, bütün diqqətini işinə yönəldə bilir. Futbolçu kimi digər klublarda nailiyyətlərim çox olub. Azərbaycan çempionu olmuşam, 2 dəfə ölkə kubokunu, 1 dəfə “Birlik kuboku”nu qazanmışam, Çempionlar Liqasında oynamışam. İstəyirəm ki, bu uğurların davamı “Qəbələ”də gəlsin.
Cəmi 6 aydır “Qəbələ”də olmağıma baxmayaraq, azarkeşlərdən çox razıyam. Onlar bizi həmişə qələbəyə səsləyir, ruhlandırırlar. Futbolçu azarkeş üçün oynayır. Artıq onları sevindirmək bizim borcumuzdur. Məncə, “Qəbələ”nin avrokuboklara çıxmaq zamanı yetişib. Çalışacağıq uğurlu nəticə göstərib, azarkeşlərimizə unudulmaz sevinc anları yaşadaq.

Yaşar Abuzərov: “Subaylığın daşını atmaq niyyətindəyəm”

Yeni il bayramını Bakıda yaxınlarımla birgə qeyd edəcəyəm.
Bayram günlərində dostlarla, yoldaşlarla bir yerə toplaşmağı xoşlayıram. Yeni il bayramını da adətən, bu cür keçirirəm.
İnşallah, gələn il “Qəbələ”nin Avropa miqyaslı yarışlara vəsiqə qazanmasını gözləyirəm. Bu, mənim futbolla bağlı arzumdur. 2013-cü ildə şəxsi həyatımla bağlı arzum isə ailə qurmağımdır. Subaylığın daşını gələn il atmaq niyyətindəyəm.
“Qələbə” azarkeşlərinə can sağlığı arzulayıram! Qoy bizi həmişəki kimi, sonadək dəstəkləsinlər! Allah onlardan razı olsun!
 
Muammer Erdoğdu: “Müsəlman dünyasına əmin-amanlıq arzulayıram”

Yeni ili İstanbulda ailəmlə - anamla, bacı-qardaşlarımla, nişanlımla birgə keçirəcəyəm.
Adətən, Yeni ili ailəmlə birgə qeyd edirəm. Bu bayramı başqa cür keçirməyi xoşlamıram. Həm də uzun müddət evdən uzaqda qaldığım üçün ailəm üçün darıxmışam. Ona görə də mənim üçün ən yaxşısı bayramda onlarla birgə olmaqdır. 
2013-cü ilin bütün müsəlman dünyasına xeyirli olmasını diləyirəm, cansağlığı, əmin-amanlıq arzulayıram. İnşallah, gələn il “Qəbələ” çempionatda ilk “altılığ”a düşər və avrokuboklara vəsiqə qazanar.
“Qəbələ”nin azarkeşləri bizi həmişə dəstəkləyirlər. Gələn il də onların dəstəyinə layiq olmağa çalışacağıq.

Lourival Assis: “Deus  abençoe!”

Yeni ilin gəlişini Braziliyada ailəvi qarşılayacağıq. Bayram günlərində ailəmlə birgə nahar edib, bir-birimizi təbrik edirik.
2013-cü ildə öncə ailəmə sağlamlıq arzulayıram. Allahdan arzum budur ki,  mənə işimdə və şəxsi həyatımda uğurlar bəxş etsin.
Gələn il tairxi uğura imza atıb, bütün “Qəbələ” azarkeşlərini sevindirəcəyimizə ümidvaram. İnanıram ki, mövsümün sonunda ən yaxşı nəticələrdən birini göstərəcyik.
Deus  abençoe! (Allah yardımçınız olsun!)
 
Deyan Kelhar: "SRECNO NOVO LETO!”  

Mən Yeni il bayramını həyat yoldaşım Maya və oğullarım – 4 yaşlı Qalus və 2 yaşlı Filiplə birgə keçirəcəyəm. Eyni zamanda, bayramda valideynlərim, qardaşım, bacım və ailə dostlarımızla birgə olacağıq. Çünki uzun illərdir vətəndən kənarda yaşayıram, ona görə də öz ölkəm, evim üçün darıxmışam.
Adətən, Yeni ilin gəlişindən əvvəl xüsusi heç nə etmirik. Yaxşı nahar süfrəsi üçün müxtəlif təamlar hazırlayırıq. Sonra biz stol ətrafında oturur, yeyir, söhbət edir, rəqs edir, mahnı oxuyur və musiqi dinləyirik. Saatların əqrəbi gecə saat 12-ni göstərəndə isə… şampan açırıq və bir-birimizi təbrik edirik.
2 arzum var. Lakin sizə onlardan yalnız birini açıqlayacağam: qoy 2013-cü ildə dünyada heç bir insan aclıqdan əziyyət çəkməsin.
Hər çeydən öncə “Qəbələ” azarkeşlərinə və onların ailələrinə cansağlığı diləyirəm. Arzu edirəm ki, fanatlarımız bu mövsümün sonunda “Qəbələ”nin nəticələrinə baxıb, özlərini xoşbəxt hiss etsinlər.
SRECNO NOVO LETO!  (Yeni iliniz mübarək!)

Luis Paulo Hilario (Dodo): “Kopakabanada atəşfəşanlığı seyr edəcəyəm”

Yeni ili Rio-de-Janeyronun Kopakabana şəhərində ailəm, dostlarım və rəfiqəmlə birgə keçirəcəyəm.
Yeni ili adətən dostlarımla Kopakabana çimərliyində oturub, atəşfəşanlığı seyr etməklə qarşılamağı sevirəm.
2013-cü ildə “Qəbələ”nin heyətində çempion olmaq istəyirəm.
Fürsətdən istifadə edib, “Qəbələ” azarkeşlərini də Yeni il bayramı münasibətilə təbrik edirəm.

Daniel Lopes: “Arzum çempion olmaqdır”

Yeni il bayramını Braziliyada ailəmlə birgə qeyd edəcəyəm. İstənilən bayramı ailəmlə keçirməyi xoşlayıram. 
2013-cü illə bağlı ən böyük arzum çempion olmaqdır. İstəyirəm ki, bu sevinci “Qəbələ”nin heyətində dadım. Bundan başqa, “Qəbələ” ilə razılaşmam gələn ilin yayında başa çatır. Açığı, klubla müqaviləmin müddətini artırmaq arzusundayam.
“Qəbələ”nin fanatları möhtəşəmdir. Bizi 90 dəqiqə dayanmadan qələbəyə çağırırlar. Bilirəm ki, onlar bizdən böyük uğurlar gözləyirlər. İstərdim ki, azarkeşlərimizi çox intizarda saxlamayaq və onları nailiyyətlərimizlə sevindirək.

Dieqo Kosta Silva : “Qəbələ” azarkeşlərinə təşəkkür edirəm”

Mən 2013-cü ilin gəlişini Braziliyanın cənubunda yerləşən Torres şəhərində həyat yoldaşım və övladlarımla birgə qeyd edəcəyəm. Bayram günlərində valideynlərimizlə, bacı-qardaşlarımızla, qohumlarımızla və dostlarımızla görüşəcəyik.
Yeni il bayramında, adətən, ailəmiz və dostlarımızla birgə şam edirik, tostlar deyirik, bir-birimizə uğurlar arzulayırıq. Daha sonra dənizkənarına gedib, atəşfəşanlığı izləyirik.
Üzümüzə gələn ilin hamı üçün firavan keçməsini diləyirəm. Qoy 2013-cü il ən yaxşı arzularımızın gerçəkləşdiyi il olsun. Hər kəsə cansağılığı və xoşbəxtlik arzulayıram.
Bizə göstərdiyi dəstəyə görə “Qəbələ” azarkeşlərinə təşəkkür edirəm. Onlara üzümü tutub deyirəm – “Siz komandamızda 12-ci oyunçusunuz!”. Bütün fanatlarımıza möhkəm cansağlığı, firavanlıq və tribunalarda unudulmaz anlar yaşamağı arzulayıram. Qoy qarşıdan gələn il həyatınıza çoxlu sevinc və uğur gətirsin!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail