Topaz Premyer Liqası: azarkeş sayı

30.12.2012 | 2980 dəfə oxunub

Topaz Premyer Liqasının 18-ci turundan sonra yarışda qış fasiləsi yaranıb. Stadium.az PFL-in rəsmi internet saytına istinadən xəbər verir ki, qış fasiləsinə kimi baş tutmalı olan 108 oyundan 2-si gələn ilə təxirə salınıb. Daha 1 qarşılaşma – “Simurq” – “Rəvan” matçının nəticəsi ləğv olunub. Bir sözlə, mövsümün ilk bölümü 105 matçla tamamlanıb.

Bu müddətdə baş tutan 105 görüşdə 214.470 tamaşaçı qeydə alınıb. Bu isə orta hesabla hər oyunda 2.043 seyrçinin olması anlamına gəlir.

Müqayisə üçün qeyd edək ki, ötən mövsüm orta tamaşaçı sayı 2343-ə bərabər idi. Ötən çempionatın 18 turluq ilk bölümündə isə bu rəqəm 2564 idi.

Arxada qalan 105 matçda ən çox azarkeş Lənkəranda baş tutan “Böyük oyun”da qeydə alınıb. 17-ci turun “Xəzər Lənkəran”la “Neftçi” (14.12.2012) arasında qarşılaşmanı 9500 nəfər izləyib.

Çempionatın antirekordu isə bundan təxminən 63 dəfə az olub – 150 nəfər. Buna 2 dəfə təsadüf olunub. 9-cu turun “Qarabağ” – “Bakı” (20.10.2012) və 18-ci turun “Sumqayıt” – “Kəpəz” (20.12.2012) görüşlərində belə az izləyici olub. Bu matçlar müvafiq olaraq Tofiq Bəhramov adına Respublika stadionu və “Bayıl Arena”da baş tutub.

Komandaların ev oyunlarındakı tamaşaçı sayına gəlincə son illərdə olduğu kimi yenə “Xəzər Lənkəran” ilk pillədədir. Paytaxt klubları və ev oyunlarını Bakıda keçirən “Qarabağ” isə cədvəlin aşağı pillələrindədir.

Xəzər Lənkəran  

8  

43700  

5463

Kəpəz (Gəncə)  

8  

30500  

3813

Sumqayıt  

10  

32550  

3255

Turan (Tovuz)  

9  

28400  

3156

Simurq (Zaqatala)  

8  

18900  

2363

Neftçi (Bakı)  

10  

15250  

1525

AZAL (Bakı)  

7  

8900  

1271

Qəbələ  

9  

10880  

1209

Bakı  

8  

7880  

985

İnter (Bakı)  

10  

7850  

785

Rəvan (Bakı)  

9  

6010  

668

Qarabağ (Ağdam)  

9  

3650  

406


Komandaların səfər oyunlarına gəlincə isə “Qarabağ” ilk pillədə yer alıb. Bu komandanın rəqiblərinin azarkeşləri Ağdam təmsilçisinə marağı böyükdür.
Qarabağ (Ağdam)  

9  

34500  

3833

Rəvan (Bakı)  

8  

25450  

3181

Neftçi (Bakı)  

7  

19900  

2843

Bakı  

9  

21200  

2356

Xəzər Lənkəran  

10  

18500  

1850

Qəbələ  

9  

16000  

1778

Sumqayıt  

8  

13650  

1706

Kəpəz (Gəncə)  

10  

16740  

1674

Turan (Tovuz)  

8  

12930  

1616

AZAL (Bakı)  

10  

16000  

1600

İnter (Bakı)  

8  

9400  

1175

Simurq (Zaqatala)  

9  

10200  

1133


Topaz Premyer Liqasının 105 oyunu 15 müxtəlif stadionda keçirilib. Ən çox azarkeş Lənkəran stadionunda qeydə alınıb. Ümumiyyətlə ilk 5 pillədə paytaxtdan kənardakı arenalar qərarlaşıb. Bakının ən çox azarkeş toplayan 8-ci km stadionudur. 15 arena arasında sonuncu pillədə isə Respublika stadionudur. Azərbaycanın ən böyük idman qurğusu cəmi 2500 seyrçi toplayıb. Bu da “Böyük oyun”dakından az qala 4 dəfə aşağı göstəricidir. Maraqlıdır ki, paytaxt stadionlarından yalnız “AZAL Arena” ümumi azarkeş sayı “Böyük oyun”dan yüksək olub. Digər stadionlar isə hətta 8-9 matçda da 1 oyunluq tamaşaçı toplaya bilməyib.

Lənkəran  

7  

42700  

6100

Gəncə  

8  

30500  

3813

Sumqayıt  

10  

33700  

3370

Tovuz  

9  

28400  

3156

Zaqatala  

8  

18900  

2363

8-ci km stadionu  

5  

7700  

1540

Bakıxanov  

5  

7550  

1510

AZAL Arena  

8  

10900  

1363

Qəbələ  

8  

10380  

1298

"Bakı"nın bazası  

8  

7880  

985

Şəfa  

8  

5350  

669

Bayıl Arena  

9  

5560  

618

Böyük Əmili  

1  

500  

500

Dalğa Arena  

4  

1950  

488

Respublika  

7  

2500  

357



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail