Futbol ictimaiyyəti ilan ilini harada qarşılayacaq?

YENİ İLDƏ HƏR KƏS KLUBLARDAN "NEFTÇİ"NİN UĞURUNUN ARDINI GÖZLƏYİR

31.12.2012 | 5871 dəfə oxunub

Bu gün 2012-ci il başa çatır. Dünya xaqları yeni ili qeyd edəcək. Ölkəmizdə isə 31 dekabr ikiqat bayramdır. Çünki xalqımız həm yeni ili, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edir. İkinci bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.

Yeni İl Bayramı isə dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir.

"Het-trik" news qəzeti olaraq, bizlər də bu bayramlara biganə qala bilməzdik. Odur ki, futbol ictimaiyyəti arasında sorğu keçirdik. Futbol adamlarına konkret olaraq, belə suallar ünvanladıq: "Yeni ildə Azərbaycan xalqında nə arzu edirsiniz", "2013-cü ildən nə gözləyirsiniz" və "Bayramı harada və kimlə qeyd edəcəksiniz".

Haşiyəyə çıxaraq, qeyd edək ki, sorğu zamanı daha çox insanın fikrini öyrənmək istəsək də, bu, baş tutmadı. Bəzilərinin telefonuna zəng çatmadı, kimisə ümumiyyətlə telefona cavab vermədi. Sualllarımızı təəccüblə qarşılayanlar da oldu. Keçmiş hakim Babək Quliyev bizi dinlədikdən sonra "məgər, mən futbol ictimaiyyətinin üzvüyəm" dedi. Mətləbi çox uzatmadan keçək cavablara.  

Ramin Musayev: "Arzu edirəm ki, 2013-cü ildə futbolumuz daha da inkişaf etsin. Həm milli, həm də klub səviyyəsində. Bildiyiniz kimi, bu il "Neftçi" bizi sevindirdi. Komanda Avroliqanın qrup mərhələsinə yüksəldi. "Neftçİ" ölkə rəhbərinin yanında dilimizi uzun etdi. İnanıram ki, bu il tək "Neftçi" yox, ən azı 2 klubumuz da eyni uğura imza ataraq, bizləri daha da sevindirəcəklər. İnşallah, həm klublarımız, həm də millimiz daha da irəli gedər. Bayramı Bakıda qeyd edəcəyəm. Ölkədən kənara çıxmaq fikrim yoxdur. Elə öz evimizdə ailəmlə, yaxınlarımla birgə qeyd edəcəyik".

Zeynal Məmmədov: “Hamının bayramını təbrik edirəm. Bütün klublarımıza  uğurlar arzulayıram. Sorağları Çempionlar Liqasından gəlsin. Fərqi yoxdu, hansı klubumuz olursa olsun, əsas odur ki, Azərbaycanın adı təmsil olunsun. Yığma komandaya da eyni uğuru diləyirəm. Qoy, bu il bizə düşərli olsun və millimiz Dünya Çempionatının seçmə mərhələsində inamlı çıxış etsin. Yeni ili doğma paytaxtımızda, ailəmlə, dostlarımla qarşılayacağam”

Tahir Süleymanov: "Mən də bütün Azərbaycan xalqını qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm. İlk növbədə onu deyim ki, geridə qalan il bizim üçün uğurlu alındı. Söz verdiyimiz kimi, Avroliqanın qrup mərhələsinə yüksəldik. Arzu edirəm ki, yeni ildə daha böyük uğurlar qazanaq. Çox istərdim ki, digər klublarımız da gələn mövsümdə avrokuboklarda uğur qazansın. Ümumiyyətlə, futbolumuzun daha da inkişaf etməsini arzu edirəm. O ki qaldı bayrama, son 2-3 ildə çox sıx qrafikdə çalışırıq. Əvvəlki illərdə olduğu kimi, yenə də bayram günlərində də müəyyən vaxtlarda çalışacağıq. Yanvarın əvvəlində təlim-məşq toplanışımız olacaq. Bu səbəbdən də ölkədən kənara çıxmayacağam. Ayın 31-də isə evdə olacağam".

Əmrah Çəlikəl: "Arzum budur ki, yeni il Azərbaycan xalqına yaxşılıqlar gətirsin. Daha da irəli gedək, inkişaf edək. 2013-cü il Azərbaycan xalqı üçün düşərli olsun. Futbolumuzun durumu daha da yaxşılasın. Özümüzə gəldikdə isə, 2013-cü ildə "Qarabağ"dan yalnız çempionluq gözləyirik. İnşallah, Allahın köməkliyi ilə istəyimizə çatarıq. Bayramı da burada, ailəmizlə, yaxınlarımızla, əzizlərimizlə öz evimizdə qeyd edəcəyik".

Tuyqun Nadirov: "Bütün Azərbaycan xalqını təbrik edirəm. Arzu edirəm ki, yeni ildə "Xəzər Lənkəran" daha da yaxşı çıxış etsin. Bu ildəki uğursuzluqlar yeni ildə təkrar olunmasın. Böyük uğurlara imza ataq. Bayramı hər il olduğu kimi, Bakıda, ailəmizlə, yaxınlarımızla, doğmalarımızla birgə qeyd edəcəyik".

Şahin Diniyev: "Hamını yeni il münasibətilə təbrik edirəm. Arzularım ilk növbədə vətənimlə bağlıdır. Arzu edirəm ki, bu il düşmən tapdağı altında olan torpaqlarımız azad olsun. Qarabağımıza qayıdaq. Ümumiyyətlə, Təbrizli, Dərbəndli bir Azərbaycan görmək istərdim. Yaxınlarımın da yeni ilinin uğurlu, müvəffəqiyyətli olmasını arzu edərdim. O ki qaldı futbolla bağlı olan arzulara, təbii ki, istərdim futbolumuz daha da inkişaf etsin. Yeni ildə həm milli komandamıza, həm də klublarımıza böyük uğurlar qazanmağı arzulayıram. Bayramı ailəmlə birgə keçirəcəyəm. Elə öz evimizdə, yaxınlarımızla birgə toplanacağıq. Bakıda olacağıq. Kənara çıxmaq fikrim yoxdur".

Ağasəlim Mircavadov: "Yeni illə bağlı arzular çoxdur. Arzuları da Allah tala verir. Bütün xalqımıza, millətimizə, futbol ictimaiyyəti də içində olmaqla - hər kəsə can sağlığı arzu edirəm. Çünki can sağlığı olmayanda insan heç nəyə nail ola bilmir. Futbolla bağlı arzularım çoxdur. Birincisi, istərdim ki, stadionlara azarkeşlərin axını olsun. Xüsusən də ziyalıları stadionlarda görmək istərdim. Çünki son illərdə ziyalılar sanki futboldan küsüblər. Bu cür insanları daha stadionlarda görmək olmur. İstərdim ki, akademiklər, müəllimlər, dosentlər də stadiona gəlsinlər. Əminliklə söyləyirəm ki, ziyalı təbəqənin insanları arasında futbolu çox gözəl bilənlər də var. Bizim məhəllədə belə insalar çox yaşayır. Tez-tez həmin insanlarla futbol haqda söhbətlərimiz olur. Müəyyən fikirləri dinlədikdən sonra görürsən ki, bu adamın futboldan yaxşı anlayışı var. Amma bəzən həmin insanlar mənə elə suallar verirlər ki, cavab tapa bilmirəm. Sözümün məğzi odur ki, ziyalıları stadionlara qaytarmaq lazımdır. Özü də hazırda yaxşı stadionlar da inşa olunub. Bu yaxınlarda 8-ci KM stadionunda oldum. Arenanı çox bəyəndim. Adama elə gəlir ki, Avroapnın hansısa bir stadionunda oturub, futbola tamaşa edirsən. Çalışıb səliqə-səhman yaratmalıyıq ki, camaata gəlib futbolda istirahət etsin. Necə ki, 60, 70, 80-ci illərdə belə idi. Həmin vaxt insalar ailəliləri ilə gəlib, futbola tamaşa edirlər. Onda stadionlarda təhqir, söyüş yox idi. Bu yaxınlarda bir hadisəyə şahid oldum. "Barselona"nın oyunu idi, səhv etmirəmsə, kataloniyalılar səfərdə "Valyadolid"lə qarşılaşırdı. Stadionda yaşlı bir qadın var idi. Özü də onu 3-4 dəfə ekranda göstərdilər. Həmin qadın futbola baxıb, istirahət edirdi, şənlənirdi, sevinirdi, komandasına azarkeşlik edirdi. Biz də çalışmalıyıq ki, Azərbaycanda da bu cür hallar olsun. Çünki hər saniyə insan ömründən gedir. Adam da gərək hər saniyənin qədrini bilsin. Arzularım hamısı zəncirvaridir. Bu il "Neftçi" Avroliqanın qrup mərhələsinə yüksəlməklə bizləri sevindirdi. İnşallah, gələn il bütün klublarımız Avropada uğurlu çıxış edər. Bir də istərdim ki, gənclərimiz xaricə yollansınlar. Cavanların məqsədi olmalıdır ki, xaricə getsinlər. O ki qaldı bayram gününə, uzun illərdi bayramı həmişə evdə keçirmişəm. Cavanlığımdan bəri. O vaxt rəhmətlik valideynlərimin başına toplaşardı hər kəs. İndi də uşaqlarım, nəvələrim hamısı bizə gəlir. Bu ildə yenə hamımız biryerə yığışacağıq. Xaricə getmək, bayramı evdən kənarda qeyd etmək barədə heç düşünməmişəm də".

Mahmud Qurbanov: “Gələn il Azərbaycan futboluna 2012-ci ildə qazanılmış uğurların davamını və daha böyüyünü arzulayıram. 2013-cü ildə həm milli komandamıza həm klublarımıza, o cümlədən də “Kəpəz”ə nailiyyətlər diləyirəm. Bayramı evimdə, ailəmlə birlikdə keçirəcəyəm. Kənara çıxmaq fikrim yoxdur".

Arif Əsədov: “Azərbaycan futboluna həm milli, həm klub səviyyəsində bol-bol uğurlar diləyirəm. O gün olsun ki, millimiz Avropa və Dünya miqyaslı turnirlərə vəsiqə qazansın. Arzu edirəm ki, “Neftçi” kimi, digər komandalarımız da avrokubokların qrup mərhələlərində iştirak etsinlər. Klublarımızın təkcə Avroliqada deyil, Çempionlar liqasında da mübarizə aparmasına sevinək. İndi biz, Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə keçiriləcək beynəlxalq turnirə hazırlaşırıq. Artıq bir neçə gündü məşqlərə başlamışıq. Mənə də, futbolçulara da təkcə 1 gün - dekabrın 31-i istirahət verilib. Bu fürsətdən istifadə edib, bayramı ailəmlə, yaxın qohumlarımla keçirmək fikrindəyəm. Yanvarın 1-dən, yenidən məşqlərə başlayacağıq".

Fariz Yusifov: "Əvvəla hər bir azərbaycanlını bayram münasibətilə təbrik edirəm. Yeni ildə xalqımıza can sağlığı, ruzi-bərəkət, firavanlıq arzulayıram. Allah bizim milləti həmrəy eləsin. İnşallah, bu ildə daha da inkişaf edərik. Futbolumuzun səviyyəsi də yüksələr. Biz yalnız və yalnız irəli getməliyik. Başqa çıxış yolumuz da yoxdur. Çünki bizə göstərilən diqqət, qayğı çox böyükdür. Dediklərim futbol ictimaiyyətinin hər bir üzvünə aiddir. Klub rəhbərlərindən tutmuş futbolçulara, hakimlərə kimi hər birimiz irəli getməliyik. Bayramı da həmişəki kimi evimizdə, ailəmlə, əzizlərimlə birgə qeyd edəcəyik. Bayram günlərində elə ən yaxşısı evdə olmaqdı".

Babək Quliyev: "İlk növbədə məni futbol ictimaiyyətinin üzvü hesab etdiyiniz üçün sizə minnətdaram. Arzum budur ki, futbolumuz daha da inkişaf etsin. Millimiz, klublarımız bizi sevindirsinlər. Bu il "Neftçi" Avroliqanın qrup mərhələsinə yüksəldi. İnşallah, gələn il digər klublarımız da Avropada uğur qazanar. Biz həyatımızı futbola həsr etmiş insanlarıq. Söhbət tək mən getmir, mənim kimi insanların sayı yüzlərlə, minlərlədi. Futbol adamının da arzusu ancaq bu idman növündə uğur qazanmaqdı. Qeyd etməyə gəldiksə isə, hamı kimi mən də bayramı evimdə doğmalarımla, ailəmlə birgə keçirəyəcəm. Sözün açığı, xaricə getmək üçün heç pulum da yoxdur".

Əfran İsmayılov: "Bu yeni ildə Azərbaycan futboluna böyük-böyük uğurlar arzu edirəm. Arzulayıram ki, digər klublarımız da "Neftçi"nin uğurunu təkrarlasın. "Qarabağ"a da, millimizə də böyük nailiyyətlər diləyirəm. Yeni il əslində milli bayram hesab olunmur. Bu səbəbdən də yeni ili yox, milli həmrəylik günümüzü doğmalarımla, yaxınlarımla birgə keçirəcəyəm. Xaricə getməyəcəyəm. Çünki elə son günlər Türkiyədəydim, bayrama görə qayıtdım vətənə. Yeni ili Bakıda qarşılayacağam".

Cəmşid Məhərrəmov: “Mən də ilk növbədə Azərbaycan xalqını yeni il münasibəti və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edirəm. İnşallah, gələn il hər birimiz üçün uğurlu olar. Bu il “Neftçi” klubu Avroliqaya vəsiqə qazandı. Arzum budur ki, üzümüzə gələn ildə digər klublarımız da bu uğurun davamın gətirsin, 2013-də ölkəmizi Çempionlar Liqasının qrup mərhələsində də təmsil edən klubumuz olsun. Həmçinin millimizə də gələcək oyunlarda müvəffəqiyyətlər diləyirəm. Yeni il gecəsini harda, kiminlə, necə qeyd edəcəyimi hələ müəyyənləşdirməmişəm".

Ramal Hüseynov: "Mən də bütün Azərbaycan xalqının bayramını təbrik edirəm. İnşallah, bu il xalqımız üçün uğurlu olar. Torpaqlarımız düşmən tapdağından qurtular. Futbolumuz isə daha da inkişaf edər. Həm milli, həm də klublar. Bayramı Bakıda, ailəmlə, əzizlərimlə birgə qeyd edəcəyik".

Sahib ZEYNALOV, "Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail