"Qalatasaray" əvvəl-axır Çempionlar Liqasını qazanacaq" Müsahibə

UMUT BULUT TERİMİ ATATÜRKƏ BƏNZƏTDİ

02.01.2013 | 6032 dəfə oxunub

Cari mövsümün əvvəlində "Qalatasaray" Umut Bulutu "Tuluza"dan icarəyə götürərkən bu transfer Burak Yılmaz, Hamit Altıntıp, Nordin Amrabat, Felipe Melonun keçidləri qədər səs-küy doğurmamışdı. Lakin geridə qalan müddətdə vurduğu qollarla Umut sıradan bir futbolçu olmadığını sübuta yetirdi. Təcrübəli futbolçu bu günlərdə yerli qəzetlərin birinə müsahibə verib. Müsahibəsində "sarı-qırmızı"lı klubdakı çıxışı, vurduğu qollar və gələcək planları haqda söhbət açan Umut Bulut baş məşqçi Fatih Terimi də Atatürkə bənzədib.

- Əvvəlcə bizə "Tuluza"dan "Qalatasaray"a gəlişini anladardın.

- Avropada çıxış etməyi arzulayırdım. Bu, mənim hədəfim idi. Bu səbəbdən də "Tuluza"ya üz tutdum və 1 mövsüm orada çıxış etdim. Fransada çıxışımın parlaq alındığını söyləyə bilmərəm. Amma orada çox şey öyrəndim. "Qalatasaray"ın mənimlə maraqlandığını eşidəndə çox şad oldum. Qısa müddət düşündükdən sonra təkliflə razılaşdım. Çünki mən hədəfləri olan futbolçuyam və hədəfləri olan kluba gəldiyimi düşünürəm. "Qalatasaray" UEFA və Avropa Superkuboku qazanmış, dəfələrlə ölkə çempionu olmuş klubdur. "Cim-Bom"un bugünə qədər qazanmadığı yeganə kubok Çempionlar Liqasıdır. Amma əminəm ki, əvvəl-axır "Qalatasaray" bu kuboku da qazanacaq.

- Səni heyətində görmək istəyən yeganə klub "Qalatasaray" deyildi. Bu klubu seçərkən çətinlik çəkmədin ki?

- Vətənə dönməyimdə səbəbkar yalnız "Qalatasaray"dı. Bəziləri deyir ki, sabiq "Trabzonspor"lu komanda yoldaşlarımdan bir neçəsinin burada olması seçimimə təsir edib. Amma bu, həqiqətən deyil. Açıq deyirəm ki, "Qalatasaray"dan təklif gələndə heç tərəddüd belə etmədim. Çünki Türkiyədə formasını geyə biləcəyim ən güclü klub məhz "Qalatasaray" idi. Bura gəldiyim üçün də həqiqətən çox şadam. Bunu  söz xatirinə demirəm.

- Superliqada bir neçə dəfə fərqlənsən də, Çempionlar Liqasının oyununlarında qol sevinci yaşamamısan. Bunun səbəbi nədir?

- Sözün açığı, Avropa arenasında keçirdiyimiz matçlarda heç real qol epizodu da yaxalaya bilmədim. "Old Trafford"dakı ilk oyunda zədələndim. Son 2 matçda isə ehtiyatda qaldım. Yəni doğru-düzgün cəmi 3 oyunda forma geydim.

- Belə təəssürat yaranır ki, sən Superliqada, Burak Yılmaz isə Çempionlar Liqasında "qol maşını"na çevrilib.

- Bəli, bu, həqiqətən də belədir. Hətta Buraka da dedim ki, "Sən Avropada qol kralı ol, mən isə Türkiyədə". Hazırda ölkə çempionatında 11 qolum var. Məqsədim də bacardığım qədər çox qol vurmaqdır. Allah qismət etsə, Superliqada qol kralı olmaq istəyirəm.

- 1 kəlmə ilə Burakı bizə necə təsvir edə bilərsən?

- Kral.

- Bəs, Səlcuk İnan?

- Beyin

- Əncəbi futbolçularla münasibətlərinin yaxşı olduğunu bilirik. Onlar haqda nəsə demək istəyirsən?

- Dany mükəmməl insandı. Ebue isə şəkərdi.

- Başqa kimlərlə münasibətin yaxşıdır?

- Səlcuk və Burakdan başqa Emre və Semihlə də çox yaxınıq. Ümumiyyətlə, "Qalatasaray"da özümü əla hiss edirəm. Sanki 6 ay yox, 6 ildir ki, burada çıxış edirəm.

- Fatih Terim haqda firkilərin də maraqlıdır.

- Mən onu ancaq tərifləyə bilərəm. Liderlik Allah vergisidir. Bunu kimsə zorla əldə edə bilməz. Əgər Tanrı hansısa insana bu cəhəti bəxş etməyibsə, hər nə qədər istəsə, çalışsa da, lider ola bilməz. Terim də Allah tərəfindən bu xüsusiyyətin bəşx olunduğu insanların arasındadır. Onunla söhbət etmək çox xoşdur. Terimlə söhbət edərkən insan zamanın necə keçdiyini belə anlamır. Onun söhbətlərindən doymaq olmur.

- Bəs, Fatih Terimi tək kəlmə ilə necə xarakterizə edərdin?

- Atatürk.

- Paltardəyişmə otağındakı sirlərdən bəzilərini bizimlə bölüşə bilərsən?

- Onu deyə bilərəm ki, Fatih Terim mənim oyunuma çox təsir göstərir. Bütün məşqçilər kimi o da matçdan əvvəl hamını bir yerə yığıb, "sağdan belə hücum edin, soldan bu cür irəliləyin" və s. kimi göstərişlər verir. Amma Fatih hocanın ən sonda söylədiyi "Haydı, Allah yardımcınız olsun" sözləri tam başqa bir aləmdir. Ümumiyyətlə, o nə deyir-desin, istənilən halda futbolçuya təsir göstərməyi bacarır. Bunun isə yalnız bir adı var. Allah vergisi.

- İdealın kimdir?

- Hakan Şükür. O "Qalatasaray"ın canlı əfsanəsidir. Mən uşaqlığımdan bəri Hakan Şükürdən örnək alıram. Həm futbolçu, həm də insan kimi. Bir sözlə, hər zaman Hakan Şükürə heyran olmuşam. Bir dəfə o mənim haqqımda "Fədakar oyunçu" ifadəsini işlətdi. Bu sözləri çoix bəyənmişdim.

- İcarə müddətin bitdikdən sonra "Qalatasaray" sənin transfer hüququvu "Tuluza"dan alacaq?

- İnanın ki, 6 aydır artıq bu sualı eşitməkdən yorulmuşam. Hər dəfə də eyni cavabı verirəm. Bu haqda mən heç nə deyə bilmərəm. Axtardığınız sualın cavabı əvvəlcə Fatih hocada, sonra isə klub rəhbərliyindədir.

- "Qalatarasay"lı azarkeşlər haqda nə deyə bilərsən?

- "Türk Telekom Arena"da oynamaqdan böyük zövq alıram. Azarkeşlərimiz mövsümün əvvəlindən bizə güclü dəstək verirlər. Həm daxili çempionatda, həm də Çempionlar Liqasında. Azarkeşlərimizin bizə verdikləri dəstək motivasiyamızı daha da gücləndirir. Bu səbəbdən də onlara təşəkkürümü bildirirəm. Komandaya uyğunlaşmağımda azarkeşlərin də böyük rolu oldu.

- Əvvəlki kimi yenə də "pres" edirsən?

- Mən "Qalatasaray"a gəldikdən sonra heç dəyişilməmişəm. "Ankaragücü" və "Trabzonspor"da necə idimsə, ində də həmin Umutam. O vaxt da "pres" edirdim, indi də. Amma Avropada oynamağım məni inkişaf etdirdi. Bunu inkar edə bilmərəm. Fransada olarkən çox şey öyrəndim.

- "Qalatasaray" Çempionlar Liqasını qazana bilər?

- Gəlin, tələsməyək. "Şalke"ni keçək, sonrasına baxarıq.

- Deyilənə görə, millətçisən.

- Əvvəla onu deyim ki, tarixi çox sevirəm. Bura gəldikdən sonra "Qalatasaray"ın da tarixini oxumağa başladım. O ki qaldı, millətçiliyə, sözün açığı, Fransaya getdikdən sonra millətçi oldum.

- Meydandan kənardakı Umut Bulutu necə təsvir edə bilərsən?

- Ailəmə bağlı bir insanam. Əyləncəni elə də sevmirəm. Onsuz da sıx qrafikdə çalışırıq. Həftəarası və bazar günləri oyunlarımız olur. Boş vaxtlarımda isə evdə oluram. Bekar olanda tarixi kitablar oxuyuram. Xüsusən də Türk və Osmanlı tarixinə böyük marağım var.

- Yeni ildən nə gözləyirsən?

- 2013-cü ildə hər kəsə can sağlığı və xoşbəxtlik arzu edirəm. İnşallah, bu liqdə çempion olarıq.

 "Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail