Cavid İmamverdiyev: “Güclü oyunçuyam ki, “Neftçi”də oynayıram” Müsahibə

“SADIQ MÜƏLLİM FUTBOL ALƏMİNDƏ MƏNƏ ATALIQ EDİB”

02.01.2013 | 8118 dəfə oxunub

Gənc olmasına baxmayaraq, göstərdiyi oyunla “Neftçi”nin simasına çevrilən futbolçulardan biri olan Cavid İmamverdiyev haqqında komandanı tərk etməsi, Ukrayna və Türkiyə klublarının onunla yaxından maraqlanması barədə mətbuatda xəbərlər yayılıb. Bundan başqa, zədədən döndükdən sonra Cavid hələ də əvvəlki formasına qovuşa bilməyib. Bu məqamlara aydınlıq gətirmək və komandanın hazırki durumu barədə xəbərdar olmaq üçün Cavidin özü ilə söhbətləşdik.  

- Cavid, zədədən döndükdən sonra özünü necə hiss edirsən?

- Düzünü deyim ki, zədəmi sağaltdıqdan sonra mənə çox çətin oldu. Şükür Allaha ki, yavaş-yavaş özümə gəlməyə başlamışam. Bunun da nəticəsində, heç olmasa bir qol vurmuşam. Hazırki durumumu nə yüksək, nə də aşağı səviyyədə dəyərləndirə bilərəm. Ortabab desək daha düzgün olar. Vəziyyət düzəlməyə doğru gedir.

- Amma mənə elə gəlir ki, vəziyyətin hələ ürəkaçan deyil...

- Düzdü, bununla tam razıyam. Məşqçilər korpusu da eyni fikirdədi. Onlara da bir daha sağ ol deyirəm ki, mənə dəstək olaraq oynamaq şansı verdilər.

- Bir futbolçu kimi özünü “Neftçi”də necə görürsən?

- Normal. Güclü oyunçuyam ki, “Neftçi”də oynayıram və mənə bu qədər şans verirlər. Bunu deməyə əsasım da var - “Neftçi”də zəif futbolçu yoxdur. 

- Komandanın geridə qalan dövrdəki çıxışını necə qiymətləndirirsən?

- Çox gözəl. Bu il “Neftçi” üçün çox uğurlu oldu. Həm çempion olduq, Avroliqanın qrup mərhələsinə düşərək orada layiqli çıxış etdik. Düzdü, hazırda çempionatda işlər istədiyimiz kimi getmir, amma “Neftçi”nin uduzmağı da maraqlı olur. Çünki bizə qarşı böyük rəqabət var. Həm də digər klublar da gücləniblər. 

- Sənə elə gəlmirmi ki, “Neftçi” ondan gözlənilən futbolu sərgiləyə bilmir?

- Bizi çox tənqid edirlər. Bir tərəfdən, digər klublarla müqayisədə, 12 oyun artıq keçirmişik. Bunun nəticəsində komandamız çox yorulur.  Digər tərəfdən, Azərbaycan çempionatından çıxıb “İnter” və “Rubin”ə qarşı oynayıb, yenidən geri dönmək çox çətin olur. Uduzduğumuz oyunları məhz bununla bağlayıram. Bir sıra oyunlarda isə bəxtimiz gətirmədi. Məsələn, Avroliqa oyunundan sonra səfərdə “Sumqayıt”a bir top fərqiylə uduzduq, amma daha sonra yaxşı istirahət etdiyimiz oyunda onları darmadağın etdik. Allahın köməkliyi ilə, əsas “Neftçi”ni qış fasiləsindən qayıtdıqdan sonra görəcəksiniz.

- Düşünmürsən ki, “Neftçi”nin Avrokuboklardakı uğulu çıxışı indi sizin əleyhinizə işləyir? Çünki bu məqama görə komandalar sizə qarşı meydana daha istəkli çıxırlar...

- Yox, belə deməzdim. Bütün komandalar bizə qarşı aqressiv oynayırlar. Bəlkə də, “Neftçi” böyük klubdur, ona görə. 

- Məncə qış fasiləsinə kimi sizdən gözlənilən nəticə  dördüncü yer deyildi.

- Amma neyləyəsən? Bu futboldur, futbolda hər şey olur. İndi 4-cü yox, 5 və ya 6-cı da ola bilərdik.  İnşallah, yanvardan sonra “Neftçi”nin necə klub olduğunu və nəyə qadir olmasını göstərəcəyik.

- Yəqin ki, rəhbərlik sizə narazılığını bildirib.

- Heç bir narazılıq olmadı. Sağ olsun Sadıq müəllim. Klub rəhbəri kimi həmişə bizə dəstək olub. 

- “İnter”lə 1:1 bitən oyun barədə düşüncələrin maraqlıdır?

- İkinci hissəni yaxşı oynamadıq. Fasilədən bir qədər sonra rəqib tamamilə bizim qapıya “oturmağa” başladı. Belə olacağını heç düşünməmişdik də. Birinci dəfə idi ki, “İnter”in belə gözəl futbol oynamasını gördük. Hər iki komanda mübarizə apardı, amma qələbə qazanmalıydıq. Bəxtimiz gətirmədi.

- Məncə, ikinci və ya üçüncü qolu buraxmadığınız üçün bəxtiniz gətirdi...

- Qapıçımız Saşa bizi bir neçə yüz faizli qoldan xilas etdi. Digər tərəfdən komandanın bəxti gətirdi.

- 70-ci dəqiqədən sonra “Neftçi” niyə dayandı?

- Dəqiq deyə bilmərəm. 2-3 gündən bir oyun olurdu, ola bilsin, yorğunluq öz sözünü deyib. Digər tərəfdən, psixoloji cəhətdən də tam hazır olmayaq. Amma əsas problemin birinci səbəblə bağlı olduğunu düşünürəm. İnsanıq, robot deyilik. Yorula da, səhv də edə bilərik.

- Xahiş edirəm bu suala səmimi cavab verəsən. Niyə hər dəfə əvəzlənəndən sonra etiraz edirsən?

- Bu, mənim oynamaq üçün alışıb-yanmağımla bağlıdır. Fikir vermisizsə, ancaq meydanı tərk edən zaman narazılıq edirəm. Amma yenə də bütün məşqçilərlə, futbolçularla görüşürəm. Mən oynamaq və komandama xeyir vermək istəyirəm, başlıca səbəb də budur.

- Son zamanlar sənin başqa kluba keçəcəyinlə bağlı çoxlu xəbərlər dolaşır...

- Düzdü, belə xəbərlər var, amma mənim öz klubum və rəhbərliyim var. Prezidentimiz Sadıq Sadıqov nə desə, onu da edəcəyik. Məsləhət olacaqsa göndərəcəklər, mən də gedib oynayacam, məsləhət olmasa saxlayacaqlar və mən də qalıb burada çıxışımı davam etdirəcəm. 

- Bu barədə klub rəhbərliyi ilə danışığın olub?

- Yox, heç bir danışıq olmayıb. Mən Sadıq müəllimlə bu haqda söhbət etmərəm. O insan futbol aləmində mənə atalıq edib. Bunun üçün də, sözündən çıxmaram. Mənə desə get, gedəcəm, desə qal, onda qalacam.

- Konkret olaraq hansı klublar səninlə maraqlanır?

- Deyə bilmərəm. Çünki dəqiq özüm də bilmirəm. Məni hər şeyi olduğu kimi mətbuata danışıdığıma görə tənqid edirlər... 

- Amma Kiyev “Dinamo”su və “İstanbul B.B.”nin səninlə maraqlandığını söyləmişdin...

- Mən də belə eşitmişdim, amma bilmirən klubuma rəsmi təklif haradan gəlib. İstənilən təklifi Sadıq müəllim müzakirə edəcək, məsləhət olsa buraxacaq.

- “İstanbul B.B.”nin baş məşqçisi Bülənt Korkmaz bildirib ki, səninlə maraqlanmırlar...

- Bu barədə heç bir məlumatım yoxdur.

- Özün karyeranı xaricdə davam etdirmək istəyirsən?

- Yaralı yerimə toxundun. Mən burada yaxşı pul alıram. Amma razıyam ki, aşağı məvaciblə xaricdə oynamağa razıyam. Haradan çıxıb, hara gəldiyimi çox yaxşı xatırlayıram, heç nəyi unutmamışam. Əsas istəyim özümü xaricdə tanıtmaq və ölkənin imicini yüksəltməkdir. 

"Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail