Süni stadion, süni səmimiyyət və süni qərar

03.01.2013 | 4061 dəfə oxunub

Ötən həftənin maraqlı məqamlarından biri də, AFFA və PFL-in klub rəhbərlərini assosiasiyanın rəsmi binasında bir araya gətirməsi oldu. Bu məsələnin müzakirəsinə keçmədən əvvəl mətbuata qapalı olan görüş barədə PFL-in rəsmi saytında yer alan xəbəri olduğu kimi diqqətinizə çatdırırıq: “Bu gün AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və baş katib Elxan Məmmədovun Topaz Premyer Liqasında çıxış edən klubların rəhbərliyi ilə görüşü keçirilib. Tədbirdə “Simurq”un prezidenti Anar Bəkirov, “İnter” PİK-in prezidenti Georgi Nikolov, “Qarabağ” klubunun direktoru Emrah Çelikel, “Neftçi” Peşəkar Futbol Klubunun vitse-prezidenti Tahir Süleymanov, “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov, “Xəzər Lənkəran” FK-nın vitse-prezidenti Tuyqun Nadirov, AZAL PFK-nın vitse-prezidenti Fikrət Hüseynov, “Sumqayıt” klubunun prezidenti Kamran Quliyev, “Turan”ın vitse-prezidenti Namiq Məstanov, “Bakı” FK-nın icraçı-direktoru Yaşar Seyidov, “Rəvan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev və “Kəpəz” PFK-nın vitse-prezidenti Kamran Hüseynov iştirak ediblər. Görüş zamanı ölkəmizdə futbolun inkişafı ilə bağlı müxtəlif məsələlər ətraflı müzakirə olunub. Klub nümayəndələri təklif irəli sürüb ki, uşaq futbolunun inkişafı üçün UEFA tərəfindən hər il hər bir kluba ayrılan vəsait qarşıdakı iki il ərzində AFFA tərəfindən onların büdcəsinə ödənilməsin və həmin pul vəsaiti hesabına Tovuz və Gəncə şəhər stadionlarının ot örtüyü yeni süni ot örtüyü ilə əvəzlənsin. 2013-cü ilin mart-aprel ayları ərzində klubların nəzdindəki U-19 komandaları arasında kubok yarışının keçirilməsi barədə razılıq əldə olunub və vurğulanıb ki, bu turnirdə iştirak etmək məcburi deyil. Legionerlərin sifarişi üçün ödənilən vəsait, legioner limiti, eyni zamanda sifariş ərizəsində legioner futbolçuların ümumi limitinin tətbiqi ilə bağlı məsələlərin İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunması təklifi səsləndirilib. Müzakirə olunan digər məsələ Topaz Premyer Liqasının keçirilmə sistemi olub və əksər klublar hazırkı “6-lıq” sistemindən razılığını bildirib və təklif olunub ki, növbəti mövsümdən etibarən çempionatın təsnifat mərhələsi qış fasiləsinə qədər başa çatsın. Klub rəhbərlərinə tövsiyə olunub ki, UEFA-nın tələblərinə uyğun olaraq, lisenziyalaşdırma prosesinə, xüsusilə maliyyə meyarı məsələsinə daha diqqət və həssaslıqla yanaşılsın. Klub nümayəndələri görüşün təşkili ilə bağlı PFL və AFFA rəhbərliyinə minnətdarlıq edib. Sonda klublara iştirak etdikləri turnirlərdə uğurlar arzulanıb”. Xəbərdə tünd hərflərlə verilmiş hissəyə diqqət yetirin. Guya klub nümayəndələri təklif irəli sürüblər ki, UEFA tərəfindən hər il hər bir kluba ayrılan vəsait qarşıdakı iki il ərzində AFFA tərəfindən onların büdcəsinə ödənilməsin və həmin pul vəsaiti hesabına Tovuz və Gəncə şəhər stadionlarının ot örtüyü yeni süni ot örtüyü ilə əvəzlənsin. Bu, heç bir klubun yox, ancaq Ramin Musayev və Elxan Məmmədov – daha çox da ikincinin olmayan futbol biliyinin “məhsulu” ola bilər. Sizin üçün təkcə bir məqamı nəzərinizə çatdırım ki, 12 klubun bu toplantının keçirilməsindən xəbəri olmayıb. Məhz bu qərar qəbul olunandan sonra 12 klubdan 9-u ilə əlaqə saxladıq və onların hamısından eyni cavabı aldıq ki, təşəbbüs onların yox, məhz onları bu toplantıya yığanların olub. Budur Ramin Musayev və Elxan Məmmədovun Azərbaycan futbolu üçün gördüyü məhsuldar iş?  Budur sizin işiniz ki, uşaq futbolu üçün ayrılan pulları uşaq futbolunu şikəst edən süni meydanların yaradılmasına sərf edirsiz? Süni meydançaların nəinki uşaqları, hətta böyük futbolçuları hansı günə salmasını bilmirsiz? Yoxsa sizin inkişaf strategiyanız ancaq süni stadionların çoxaldılmasından aslıdır? Sizin bütün işləribiz elə sünidir, ona görə də, süni stadionlara meyliniz bu qədər yüksəkdir. Süni işlərdən əl çəkin, yoxsa bir də görəcəksiniz ki, aldığınız havanı da sizə süni verirlər.

“Het-trik news” qəzeti     



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail