"Kəpəz"in kapitanı: "Qardaşlarımla partlayıcı vasitələr düzəldib, satmışıq" Müsahibə

03.01.2013 | 4203 dəfə oxunub

“Kəpəz”in kapitanı Azər Məmmədov pfckapaz.com saytına 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə müsahibə verib. Stadium.az xəbər verir ki, təcrübəli müdafiəçi bayram təbriklərini, arzularını bölüşərək, maraqlı açıqlamaları ilə yadda qalıb. Həmin müsahibəni təqdim edirik:

Kapitan, əvvəlcə bayramlarla bağlı təbriklərini eşidək. 
Bu bayram günlərində hamıya ən xoş arzularımı çatdırıram. Kimin ürəyində nə istəyi varsa, qoy yeni ildə həyata keçsin. Hamı xoşbəxt, firavan yaşasın. Çətinliklər bizdən uzaq olsun. 
Azər, sənin futbolla bağlı arzularını bilmək maraqlı olardı.
İdmançılara, futbolçulara arzum budur ki, ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etsinlər, nəaliyyət qazansınlar. Komandamıza qaldıqda, 2012-ci ildə uğursuz çıxış etdik. İstəməzdim ki, yeni ildə eyni hal yaşansın. Daha axsamayaq, rəqiblərdən geri qalmayaq. “Kəpəz” əvvəl olduğu kimi yenə layiqincə çıxış etsin, öz şan-şöhrətini qaytarsın. Komandamız elitada qalmaq uğrunda deyil, mükafatlar, çempionluq naminə mübarizə aparsın. Bizimlə yanaşı çıxış edən gənc nəslin futbolçuları da Gəncə futbolunun qədrini bilsinlər. Bax, arzularım bundan ibarətdir. 
Yeni ili səfərdə keçirdiyin olub? 
Səhv etmirəmsə yox, belə şey olmayıb. Bayramı həmişə ailəmlə birlikdə keçirmişəm. Ümumiyyətlə, elə bir bayram yoxdur ki, valideynlərimə baş çəkib, onlarla birlikdə olmayım. Mütləq ata-anama dəyməliyəm. 
Yeni il axşamı bəziləri şəhərə gəzməyə çıxmağa üstünlük verir. 
Mən dədə-baba adət-ənənəsinə uyğun olaraq, evdə olmağa üstünlük verirəm. Axşam 12-yə qalmışa kimi atamgildə oluram. Sonra hərə öz evində yeni ili qarşılamalıdır deyib, onlarla sağollaşıb, evimə gələrək bayramı ailəmlə keçirirəm. 
Sonuncu dəfə Şaxta baba ilə nə vaxt şəkil çəkdirmisən? 
Hər il Gəncənin mərkəzində böyük yolka qururlar. Həmişə orda övladlarımla birlikdə Yeni ilin əsas atributu olan Şaxta baba və Qar qızla şəkil çəkdirmişəm. Amma son iki ildə belə şey olmayıb. 
Uşaqlıqda Şaxta babadan hədiyyə almısan? 
Uşaq vaxtı hamı kimi mən də Gəncə Kukla Teatrının nağıl tamaşalarına baxmışam. Orda Şaxta babadan bir dəfə hədiyyə almışam. 
Onun həqiqət olduğuna inanmısan? 
Yox, heç vaxt inanmamışam. Səbəbini bilmirəm vallah. Uşaqlıqdan bu yana Şaxta babaya adi insan kimi baxmışam. O, sadəcə bəzədilmiş insandır. 
Şaxta babanı Yeni il bayramında uşaqlara görə evə dəvət etdiyin olub? 
Xeyr. Evdə uşaqlar yolka qururlar. Onun da ətrafında Şaxta baba və Qar qız personajı olur. Ümumiyyətlə, uşaqlar Yeni il bayramına aid nə varsa, aldırırlar mənə.(gülür) 
Son illərdə özün yolka qurmusan? 
Bu il evdə yolkanı mən qurmamışam. Uşaqlar özləri qurublar. Amma iki il öncə yolkanı təzə alanda ilkini mən etmişdim. Bacarıq lazım idi, ona görə qabağa keçdim. 
Yen il bayramında xoşladığın təam hansıdır? 
Bişirilən yeməklərə elə bir fərq qoymamışam. Amma plov, toyuq qızartması, dolma vaz keçilməz yeməklərdir. Mən elə də çox yeyən deyiləm, amma çalışıram hamısının dadına baxım. 
Bayram axşamı yeniyetmə və gənclər partlayıcı vasitələrdən istifadə edir. Bəs sən uşaqlıqda necə olmusan? 
Elə mən də belə olmuşam. Hətta özümün düzəltdiyim vaxtlarda olub. Yadımdadır, qardaşlarımla partlayıcı vasitələr düzəldib, satmışıq da. Yığdığımız pula özümüzə velosiped almışdıq. 
Hansı ildə qeyd etdiyin bayram daha çox yadında qalıb? 
Son iki ildə bayramlar Məhərrəmliyə təsadüf etdiyindən, elə də təmtəraqlı qeyd etməmişəm. Amma əvvəlki illərdə daha geniş çevrədə bayramı qarşılamışam. Bir də sizə düzünü deyim ki, Yeni il bayramında elə də çox sevindiyim olmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail