“Bakı”nın məlhəm istəyən yaraları

03.01.2013 | 2974 dəfə oxunub

Şübhəsiz Premyer Liqanın fiaskosu “Bakı” klubudur. “Bakı”nın hər şeyi var - uşaq futbolu, stadionu, maddi-texniki bazası, akademiyası və ən əsası xeyirxah və gözəl insan olan Hafiz Məmmədov kimi prezidenti. Təkcə idarəetmə strukturundan başqa. “Bakı”nın bəlası budur. Hazırki uğursuzluqda bu amilin üzərinə böyük “pay” düşür. Çünki yalnız idarətmədə zəiflik göstərən klub “Bakı” qədər səhv transfer siyasəti yürüdə bilər. Elə bu yazıda da paytaxt klubunun yanlış transfer siyasətinə toxunacağıq.   

Əvvəlcə “Bakı”nın PFL-ə təqdim etdiyi iştirak ərizəsində adı göstərilən 28 futbolçu ilə tanış olaq: 

Qapıçılar: Nuredinoski Edin (Makedoniya), Məmmədov Aqil, Əhmədov Elxan

Müdafiəçilər: İvanovs Denis (Latviya), Əliyev Elvin, Məhərrəmov Cəmşid, Məmmədov Novruz, Əliyev Şəhriyar, Quliyev Əziz, Bakoviç Duje (Xorvatiya), Manafov Elşad, Popxadze George (Gürcüstan) Rodrigez Edemir (Boliviya)

Yarımmüdafiəçilər: Karqbo İbrahim (Sierra Leone), Kovaçeviç Nenad (Serbiya), Abbasov Ramazan, Çesnauskis Deividas (Litva), Məmmədov Elvin, Soliç Aleksandr (Xorvatiya), Hacıyev Rəhman, Junior Xavier Vilson (Braziliya), Horvat Lukas Mario (Sloveniya), Ələsgərov Namiq, Beçerra Leandro (Argentina)

Hüçumçular: Mantzios Evangelos (Yunanıstan), Novruzov Nurlan, Parks Vinston (Kosta-Rika), Verpakovskis Maris (Latviya)

Heyətin problemlərini qapıçıların üzərinə atmaq olmaz. Çünki onlar 13 top buraxıblar ki, bunun 5-i penaltilərin payına düşür və komanda Premyer Liqada ən az top buraxan üçüncü heyətdir. Bu məqamı əsas götürsək, qapıçı transferlərində böyük səhv axtarmaq düzgün olmazdı. 28 futbolçudan 3-ü qapıçı olur və müdafiəyə meyilli iki dayaq yarımmüdafiəçini də bura əlavə etsək, 12 müdafiəçisi olan bir komandanın transfer siyasətini sadəcə baltalamaq lazımdır. Düşünün, 28 futbolçudan dediklərimizi nəzərə almasaq, yerdə cəmi 13 futbolçu qalacaq. Lap iki dayaq yarımmüdafiəçisin bu siyahıdan çıxarırıq, bir komandada 10 müdafiəçi olar? Yaranmasından bəri müdafiə futbolu ilə ad çıxaran İtaliyanın heç bir klubunda 10 müdafiəçiyə rast gəlinməib. Sanki “Bakı” klubu futbolçuları seçərək yox, küçədən tutaraq komandaya cəlb edib. Təbii ki, belə bir komandanın hansısa uğur qazanması mümkünsüz deyil. Maraqlıdır ki, müdafiəçilərin çoxu da sağ cinah oyunçularıdır. Yoxsa “Bakı” ancaq bir cinahla oynayır? Digər tərəfdən, sual  olunur - klub rəhbərliyi futbolçu alarkən, heyətə nəzər salır, yoxsa transferdə özünəməxsus modelləri var? Gülməli məqam - komandada doğru-dürüst yalnız bircə sağ cinah yarımmüdafiəçisi var. O da  Deividas Çesnauskisdı. Əgər litvalı futbolçuya bir şey olsa - zədələnsə, xəstələnsə, cəzalı duruma düşsə və s. onun yerinə oynamağa konkret oyunçu yoxdur. Bu amil bir daha göstərir ki, “Bakı”nın transfer siyasətinə bir “quş” demək olar. Komandada “var olmayan” 4 hücumçu var. Yeni baş məşqçi Bandoviçin heyətə cəlb etdiyi Mantzios Evangelosun acınacaqlı durumda olması göz qabağındadır. Vinston Parksın futbolu isə çoxdan bitib və bu xəbər klub rəhbərliyinə düz bir il əvvəldən deyilib. Maris Verpakovskisin də vəziyyəti göz qabağındadır. Ondan da “Fatıya tuman çıxmaz”. Komandada oynaya biləcək yalnız bir hücümçu var ki, o da Nurlan Novruzovdur. Şübhəsiz ki, böyük iddialara sahib “Bakı” kimi klubu 19 yaşlı Nurlan arxasınca tək apara bilməz.  

KOMANDADA KİMLƏR QALMALIDIR?

“Bakı”nın yeganə dərdi düzgün seleksiya işi deyil, amma bu iş düzgün aparılsa, komanda özünə gələ bilər. Bunun üçün neyləmək lazımdır? Təbii ki, heyətə ciddi əl gəzdirilməlidir. Ola bilsin ki, klub rəhbərliyi fərqində deyil, amma onlardan məsləhətimizi əsirgəməyəcəyik. Yaxşıca düşünün, qapıçıları nəzərə almasaq, heyətdəki futbolçulardan Nurlan Novruzov,   Xavier Junior Vilson, Rəhman Hacıyev, Elvin Məmmədov, İbrahim Karqbo,  Edemir Rodrigez, Deividas Çesnauskis,  Ramazan Abbasov, Şəhriyar Əliyev və Novruz Məmmədovdan başqa kimdən xeyir görürsüz? Perespektiv baxımından Elşad Manafovla Namiq Ələsgərovu da bu siyahıya daxil etmək olar və üç qapıçı da yaddan çıxmamalıdır. Cəmi eləyir 15 futbolçu. Deməli, heyətdən nə az, nə çox düz 13 futbolçu göndərilməlidir. Diqqət yetirin, onlardan 10-u legionerdi. Bərəkallah belə transfer siyasətinə! “Bakı” rəhbərliyi çox yaxşı düşünməlidir. Çünki çempionatda heç bir iddiaları qalmayıb. Deyəcəklər kubok? Onda sual edirəm: kuboku alıb Avroliqaya vəsiqə qazanaraq bir daha “Mura” biabırçılığı yaşamaqdansa, indidən bu 13 futbolçunu qovun və gənclərə üstünlük verin. Ən azından onlar böyük təcrübə, siz isə hər kəsin rəğbətini qazanarsız. 

LİDERSİZLİK

“Bakı”nın başlıca problemlərindən biri də budur. Digər klublara nəzər saldıqda görərəik ki, hər bir komandada ya lider futbolçu var, ya da bu iş baş məşqçinin öhdəsinə düşür. “Bakı”da isə bunun heç biri yoxdur. Bu səbəbdən də klub heç vaxt komanda olmağı bacarmır. Əgər rəhbərlik özündə lider keyfiyyətlərini cəmləşdirən, istədiyi vaxt komandanı toparlaya bilən, arxasınca aparmağı bacaran yerli futbolçu ala bilərsə, çox böyük iş görmüş olar. “Bakı” hazırda bir çox yerindən yaralıdır. O yaralar az qala dilə gəlib desinlər ki, bizə məlhəm olun. Amma bunu nə eşidən, nə də görən var. Bəlkə də, eşitmək və görmək istəmirlər... 

"Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail