Namiq Məstanov AZAL-ın onlara oyun satmağı təklif etməsini təsdiqlədi

“BİZ 100 MİN DOLLAR TƏLƏB EDİRİK, “QƏBƏLƏ” İSƏ 20 MİN DOLLAR VERİR”

04.01.2013 | 9794 dəfə oxunub

Son günlər “Turan” ətrafında da qalmaqallar səngimək bilmir. Yayılan xəbərlərə inansaq, “Qəbələ” və AZAL bu komandanın bəzi futbolçularını pulla almaq istəyib. Bunlara aydınlıq gətirmək üçün klubun vitse-prezidenti Namiq Məstanovla əlaqə saxladıq:  

– Son günlər “Turan” ətrafında xoş olmayan sözlər dolaşır. Deyilənlərə görə, AZAL sizin komandaya oyun satmağı təklif edib...

– Rəhbərlik səviyyəsində heç kəs bizə oyun satmağı təklif etməyib və edə də bilməz. Sadəcə, cürətləri çatmaz. Biz çempionat başlayandan bəyan etmişik ki, “Turan”ın adı üçün oynayacağıq. Nə qədər doğru olduğunu da deyə bilmərəm, amma bizim futbolçular mənə dedilər ki, AZAL-dan kimlərsə onlarla əlaqə saxlayaraq oyunu satmaq üçün pul təklif ediblər. Bizsiz də cavablarını alıblar. Nəticə də göz qabağındadır.

– Aradakı vasitəçi də daha əvvəl AZAL-da oynamış Nuqzar Kvirtiya olub? – Nuqzar Kvirtiya və Ruslan Zubkov.

– Təklif olunan məbləğ də 6 min dollar olub, elədir?

– Futbolçularımız da bizə belə dedi.

– Yəni, “Turan”ın qiyməti bu qədər ucuzdur?

– Yox, söhbət “Turan”ın ucuz olmasından getmir. Onlar təklif etdikləri məbləğin əvəzini də alıblar. 60 min təklif etsələr də, bizim futbolçular onlara rədd cavabı verərdi.

– Əminsiz ki, təklif 60 min olsa, “Turan”ın futbolçuları oyunu satmaz? – Mən heç kimin yerinə cavab verə bilmərəm. 

– Eşitdiyimizə görə, “Qəbələ”ylə oyunda da eyni hal təkrarlanıb və bəzi futbolçular oyunu sataraq qaçıblar...

– Bu barədə şübhələrimiz var. Həmin oyunda baş məşqçinin dəyişiklikləri bir qədər gözlənilməz oldu, səbəbini soruşanda, o da bildirdi ki, bu futbolçular bacarıqlarından çox aşağı səviyyədə çıxış ediblər.

– “Qəbələ”ylə oyundan sonra şübhələndiyiniz oyunçular kimlərdir?

– Baş məşqçi bildirdi ki, Aleksandr Krutskeviç və Marius Kazlauskasın bilərəkdən oynamamasından şübhələnir. Elə hər iki futbolçunu da oyunun gedişində əvəzləmişdi. 

– “Qəbələ”dən söz düşmüşkən, bu komanda sizin futbolçu Salif Ballonu almaq istəyir?

– Bununla bağlı danışıqlarımız davam edir. Hansı klub bizim şərtlərlə razılaşsa, futbolçunu həmin komandaya da satacağıq. Əks halda Salif Ballo ən azı mövsümün sonuna kimi bizdə qalacaq. Biz Balloya görə 100 min dollar tələb edirik, “Qəbələ” isə bizə 20 min dollar verir. Cavan və perspektivli futbolçudur, bombardirlər siyahısında üçüncü sıradadır, “mal”ın qiyməti olur da.

– Bizə son müsahibənizdə bildirmişdiz ki, Popoviçi etik qaydaları pozduğuna görə komandadan qovmusuz. Bəs niyə geri qaytardız?

– Burada incə məqamlar var. Biz Qoqoberaşvili və ya hansısa qovduğumuz legioneri qaytarmamışıq. Biz Azərbaycan olimpiya və əsas millisinin qapıçısını bağışlamışıq və bunu şərt qarşılığında etmişik. Popoviç bir daha nizam-intizam qaydalarını pozarsa, futbolçuya yaraşmayan hərəkət edərsə, idman rejiminə əməl etməzsə, daha bağışlanmayacaq. Biz milli komanda naminə, AFFA rəhbərliyi ilə məsləhətləşəndən sonra onu komandaya qaytardıq. Daha doğrusu qayıtmasına razılıq verdik.

– Popoviçi “Turan”a qaytarmağı sizdən kim istəmişdi?

– Şəxsən AFFA-nın baş katibi Elxan Məmmədov. Onunla söhbətimiz və müzakirələrimiz oldu. Elxan müəllim, bizə nə təkid, nə də təzyiq eləməyib. Qarşılıqlı fikir mübadiləsindən sonra qərara alındı ki, böyüklüyümüzü edərək Popoviçə bir daha şans verək.  

– Fasilə dönəmində komandanın planları necədir?

– Əsas məqsədimiz gedən futbolçuların yerini doldurmaqdır. Çalışacağıq ki, aparıcı klublarda əsas heyətə düşə bilməyən perspektivli oyunçuları komandaya cəlb edərək onları ölkə futboluna qazandıraq. Ən əsası da geridə qalan dövrdəkindən daha yaxşı çıxış edək. 

– Deyilənə görə Fərid Quliyev də “Turan”dan ayrılıb...

– Onun bizlə hələ mövsümün sonuna kimi müqaviləsi var. Fəridi heç yerə buraxmayacağıq.

– Ölkə xaricinə toplanışa getmək fikriniz var?

– Əlbəttə, var. Bu barədə sponsorlarla danışıqlar gedir. Əgər söhbətimiz müsbət yekunlaşarsa, Antalyaya təlim-məşq toplanışına gedəcəyik. 

"Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail