"Azərbaycanda mənim üçün həm idman, həm maliyyə baxımından daha yaxşıdır" Müsahibə

09.01.2013 | 2867 dəfə oxunub

“Xəzər Lənkəran”ın futbolçusu Adrian Skarlatake Rumıniya mətbuatına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- Rumıniyadan ayrılıb yenidən Azərbaycana qayıtdınız. “Xəzər Lənkəran”da işləriniz necə gedir?
- Rumıniyanı tərk etdiyim üçün çox xoşbəxtəm. İndi mənim üçün həm idman, həm maliyyə baxımından daha yaxşıdır.

- Sabiq komandanız olan Buxarest “Dinamo”sunun maliyyə durumundan xəbəriniz var? 
- “Dinamo”dakı sabiq komanda yoldaşlarımla daim əlaqə saxlayıram. Bilirəm ki, klubdakı ağır vəziyyət heç də yaxşı hal deyil. Futbolçu meydana çıxanda maddi problemləri düşünməməlidir. Maliyyə durumu yaxşı olmalıdır ki, futbolçu da yaxşı çıxış etsin. Ümid edirəm ki, “Dinamo”nun durumu yaxın zamanda düzələcək.

- Digər rumıniyalı futbolçular Azərbaycan klubuna keçməklə bağlı sizdən məsləhət alırmı? 
- Azərbaycandan təklif alan istənilən rumıniyalı futbolçuya bir məsləhətim var: Təklifi dərhal qəbul edin.

- Belə vəziyyətdə komandanın nəticə qazanacağına ümid edirsiniz? 
- Əminəm ki, komanda Avropa Liqasına vəsiqə verən yerlərdən birini tutacaq. Baş məşqçi Kornel Talnara güvənirəm. Onunla çalışmışam, nəyə qadir olduğunu bilirəm.

- “Dinamo”nun liderlərdən çox uzaq düşməsinə münasibətiniz necədir? 
- Bizim vaxtımızda belə şey mümkün deyildi. Əksinə, bizim “Styaua”dan 10 xal öndə olduğumuz vaxt da yadıma gəlir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail