Serxio Ramosu ciddi cəza gözləyir

10.01.2013 | 3040 dəfə oxunub

"Real"ın müdafiəçisi Serxio Ramos ciddi cəzalana bilər. Stadium.az xəbər verir ki, təcrübəli müdafiəçi İspaniya Kubokunun 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində "Selta"ya qarşı baş tutan oyunda (4:0) idmançıya yaraşmayan hərəkətə yol verib. Belə ki, 72-ci dəqiqədə ikinci sarı vərəqəsini alaraq meydandan qovulan Serxio Ramosun hakimi təhqir etdiyi bildirilir. Çünki matçın baş hakimi Aysa Qames qarşılaşmadan sonra bəyan edib ki, oyunun gedişində Ramos bir neçə dəfə, o cümlədən də meydanı tərk edərkən onu təhqir edib. Bu cür hallarda isə adətən futbolçu 4 oyunluq cəzalanır. Daha bir matçlıq cəza isə meydandan qovulmağa görə verilir. Bu isə o deməkdir ki, Ramosu 5 oyunluq cəza gözləyir.    

Maraqlıdır ki, Ramos "Real"ın tarixində ən çox meydandna qovulan futbolçudur. "Selta" ilə qarşılaşmada o "Kral Klubu"nun heyətində 15-ci qırmızı vərəqəsini aldı.  

Qarşılaşmadan sonra Serxio Ramos özü də insidenti şərh edib. Təcrübəli müdafiəçi qırmızı vərəqə aldığına görə peşman olduğunu bildirib: "Qırmızı vərəqə aldığıma görə məyusam. Bu hakimlə əvvəllər də qarşılaşmışam və ondan heç vaxt xoşum gəlməyib. Bəzən insan emosional olaraq, lazım olmayan sözləri deyir. Bu səbəbdən də sözlərinə görə üzr istəyirəm". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail