Böyükağa Hacıyev: "Məqsədimiz çempionatın və kubokun qalibi olmaqdır" Müsahibə

10.01.2013 | 8415 dəfə oxunub

“Neftçi” PFK-nın baş məşqçisi Böyükağa Hacıyev komandanın Türkiyədə keçirəcəyi hazırlıq barədə klubun rəsmi saytına müsahibə verib. Stadium.az B.Hacıyevin müsahibəsini təqdim edir:

- Böyükağa müəllim komandamız 11 yanvar tarixindən etibarən hazırlığını Türkiyədə davam etdirəcək. İstərdik ki, hazırlıq planlarınız haqqında danışasınız.

- Ötən mövsüm olduğu kimi bu dəfə də qış fasiləsi hazırlığını Türkiyənin Antalya şəhərində keçəcəyik. Yanvar ayının 23-ə kimi davam edəcək ilk mərhələdə əsasən fiziki məşqlərə üstünlük verəcəyik. Daha sonra futbolçulara 2 gün istirahət veriləcək. Yanvar ayının 25-dən isə hazırlığın ikinci mərhələsi başlayacaq ki, burada da komandanın taktiki texniki keyfiyyətlərinin yaxşılaşdırılması istiqamətində çalışacağıq.

- Yəqin ki, bu vaxt ərzində komandamız yoxlama oyunları da keçirəcək.

- Hazırlıq dövründə yoxlama oyunlarının təşkili mütləqdir. Ümumilikdə 4-5 oyun keçirmək niyyətindəyik. Bu həm oyun təcrübəsinin artırılması, həm də hazırlıq prosesinin faydasını görmək üçündür. Rəqiblərimiz, Xorvatiya, Almaniya, Rusiya, Polşa və bu kimi ölkələrin təmsilçiləri olacaq.

- Hazırlıq zamanı komandaya yeni futbolçular cəlb olunacaqmı?

- Seleksiyaçı məşqçilər bu istiqamətdə işləri davam etdirirlər. Onların təklif edəcəkləri futbolçulara baxacam və əgər bizi qane edən səviyyədə olsalar, komandaya cəlb olunacaqlar.

- “Neftçi” mövsümün ilk yarısı 30 oyun keçirdi və sona yaxın futbolçularda yorğunluq hiss olunurdu. Hal-hazırda heyətdəki futbolçuların durumu necədir?

- Futbolçuların dincəlmək üçün kifayət qədər vaxtı oldu. Artıq onlar yorğunluğu üzərlərindən atıblar. Məqsədimiz Azərbaycan çempionatının və kubokunun qalibi olmaqdır. Avrokuboklarda isə özümüzə məxsus nəticəni daha da yaxşılaşdırmaq niyyətindəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail