"Simurq" Antalyaya yola düşdü

10.01.2013 | 3882 dəfə oxunub

"Simurq" qış hazırlıqlarına start vermək üçün bu gün Antalyaya yola düşüb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki. vitse-prezident Aydın Rizayevin rəhbərliyi altında qardaş ölkəyə gedən Zaqatala təmsilçisi, sabahdan ehtibarən gündə iki dəfə olmaqla fiziki hazırlıqlı məşqlərə başlayacaq. Legioner futbolçular isə öz ölkələrindən birbaşa Antalyaya gələcəklər.
Qeyd edək ki, "Simurq"un Antalyada təşkil olunmuş təlim-məşq toplanışı iki mərhələdən ibarət olacaq. "Sarı-qaralar" yanvar ayının 17-nə qədər "Mardan Spor Kompleksi"ndə fiziki ağırlıqlı məşqlər keçəçək və sonuncu gün ilk yoldaşlıq görüşünə çıxacaq. İki günlük istirahətdən sonra komanda Belek bölgəsində yerləşən "Atlantik" otelinə keçəçək və toplanışın növbəti mərhələsinə başlayacaq. Burada isə Zaqatala təmsilçisi dörd yoldaşlıq görüşü keçirməyi nəzərdə tutub. Komanda fevralın 1-də Antalya toplanışını başa vuraraq ölkəyə qayıdacaq.      



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail