Ronaldo: "Maurinyonun qərarlarına hörmətlə yanaşmalıyıq"

11.01.2013 | 2335 dəfə oxunub

"Real"ın üzvü Kriştianu Ronaldo İspaniya Kubokunun 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində "Selta"ya qarşı baş tutan (4:0) oyun haqda danışıb. Stadium.az xəbər verir ki, portuqaliyalı ulduz het-trik etdiyi qarşılaşmada komandasının əla çıxış etdiyini qeyd edib: "Komandamız ideal oynadı. Matça əla başladıq və erkən qol vurmağa müvəffəq olduq. Bu isə qələbə qazanmağımızda və növbəti mərhələyə adlamğımızda böyük rol oynadı. İkinci hissədə də vəziyyətimiz əla idi. 2:0 öndə idik və bu zaman azlıqda qaldıqdan sonra da ideal çıxış etdik. Rəqibin təhlükəli hücum qurmağına imkan vermədik. Yekunda da layiq olduğumuz böyükhesablı qələbəyə nail olduq. Qış fasiləsindən sonra komandamız əla forma yığıb. "Real"ın uğur qazanması üçün bütün gücümü meydanda sərf edəcəyəm. "Real"la birgə İspaniya Kubokunu və Çempionlar Liqasını qazanmalıyıq. İspaniya çempionatında isə mümkün olduğu qədər uğurlu çıxış etməliyik. O ki qaldı Maurinyoya, o böyük peşəkardı. Onu çox yaxşı tanıyıram. Onun bütün qərarlarına hörmətlə yanaşmalıyıq".   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail