Sadıq Sadıqov üçüncü çempionluğu istədi

11.01.2013 | 4490 dəfə oxunub

Hazırda Türkiyənin Antalya şəhərinin “Mardan” İdman Kompleksində məskunlaşmış “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqov komandanın düşərgəsinə gəlib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, hər zaman komandanın yanında olan klub prezidenti bu dəfə də onları tək qoymayıb. Klub prezidentinin ilk gündən komandanın yanında olması futbolçularda əlavə ruh yüksəkliyi yaradıb. Sadıq Sadıqov burada yaradılmış şərait ilə yaxından tanış olandan sonra məşqçilər korpusu və komanda ilə görüş keçirib:

“Artıq neçə ildir ki, “Neftçi” qış hazırlıq mərhələsini bu məkanda keçirir. Yüksək səviyyədə hazırlıq üçün burada istənilən şərait var. Ardıcıl iki il ölkə çempionu olan “Neftçi”, Avropa Liqasında da qrup mərhələsinə adlayaraq tarix yazdı. Bunun davamını gətirmək üçün hazırlıq dövründə məşqçilər heyəti, eləcə də futbolçular var qüvələri ilə çalışmalıdır. Artıq Bahodir Nasimov da müalicəsini başa vuraraq komandanın sıralarına qoşulub. Eyni zamanda komandanın gücləndirilməsi üçün yeni futbolçular da cəlb olunacaq. Bu futbolçular arasında sağlam rəqabətin artmasına səbəb olmaqla yanaşı, komandanın gücünə güc qatacaq.

“Neftçi” PFK-da gənc futbolçuların yetişdirilməsini hər zaman diqqət mərkəzində saxlamışıq. Bu gün də əsas məqsədlərimizdən biri gənclərimizi daha da inkişaf etdirməkdir. Elə buna görə də, Antalya hazırlığına həmişə olduğu kimi əsas heyətin üzvləri ilə yanaşı gənc futbolçular da cəlb olunub. İnanıram ki, onlar özlərini ən yaxşı tərəfdən göstərəcəklər. Gənclərin daha təcrübəli komanda yoldaşları ilə birgə meydana çıxması inkişafa səbəb olacaq başlıca amillərdəndir. Bu gənclərin püxtələşməsi “Neftçi” ilə yanaşı Azərbaycan futboluna da gələcəkdə faydalı olacaq”.

Sonda “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqov komandanın qazandığı  tarixi uğurun davamını gətirmək üçün əsas hədəfin çempionluq olduğunu bir daha vurğuladı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail