"Serbiyada futbola marağı olan hər kəs məndən "Neftçi" haqqında soruşurdu" Müsahibə

12.01.2013 | 4748 dəfə oxunub

“Neftçi” PFK Antalya hazırlığını davam etdirir. Stadium.az xəbər verir ki, bu gün yerli vaxtla saat 11:00-da komanda səhər məşqinə çıxacaq. Məşqdən əvvəl qapıçı Saşa Stamenkoviç klubun rəsmi internet saytına müsahibə verib:

- Sıx oyun qrafiki olan mövsümün ilk yarısı arxada qaldı. İstirahət müddətində necə dincəldin?

- Biz mövsümün ilk yarısı 3 cəbhədə mübarizə aparırdıq. Bu səbəbdən də komandada yorunluq hiss olunurdu. Amma yaranmış fasilədə yaxşı istirahət etdik. Bu müddətdə Serbiyada ailəmlə birlikdə idim. Yeni ili də orda qeyd etdik.

- Avropa Liqasında “Neftçi” “Partizan”la iki dəfə üz-üzə gəldi və hər iki oyunda heç-heçə qeydə alındı.  Bu oyunlardan sonra Serbiyada “Neftçi” barədə hansı fikirlər formalaşıb?

- Avropa Liqasının qrup mərhələsinə adladıqdan sonra bizi daha çox tanımağa başlayıblar. Serbiyada futbola marağı olan hər kəs məndən “Neftçi” haqqında soruşurdu. Belə bir uğur qazanmağımız onları yaxşı mənada təəccübləndirmişdi. Bizim “Partizan”la oyunlarımızı izləyən hər kəs “Neftçi”nin səviyyəsinə şahid oldu. Fikrimcə “Neftçi” təkcə Serbiyada yox Avropanın bir çox ölkələrində özündən söz etdirdi.

- Hazırlıq dövrü barədə nə deyə bilərsən?

- Ötən mövsüm də hazırlığımızı Antalyada keçirmişdik. Burada klub rəhbərliyi tərəfindən bizim üçün hər bir şərait yaradılıb. Hazırlığın ilk mərhələsində fiziki keyfiyyətlərimizi yaxşılaşdırmağa çalışacağıq. Qarşıda bir neçə yoxlama oyunu da keçirəcəyik. Düşünürəm ki, hazırlıq dövrü bitənə kimi komandamız bundan da güclü səviyyəyə gələcək. Biz ardıcıl 3-cü çempionluğumuzu qazanmaq və Avropadakı uğurumuzun davamını gətirmək istəyirik. Ölkə kubokunu da unutmaq olmaz. Bütün cəbhələrdə maksimum nəticələrə nail olmalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail