"İnter" Antalyada ilk məşqinə çıxdı

13.01.2013 | 3633 dəfə oxunub

"İnter" hazırda Türkiyədədir və komanda fevralın 4-dək burada təlim-məşq toplanışı keçirəcək. Stadiumn.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, dünən komanda məşqlərə trenajor zalında çalışmalarla başladı. Sonra meydançaya çıxan futbolçular isinmə və fiziki hərəkətləri yerinə  yetirdilər. Komanda axşam məşqi keçirməyi də planlaşdırır.

 Hazırda toplanışda 26 futbolçu iştirak edir. Bunlar qapıçılar- Giorgi Lomaya, Revaz Tevdoradze, Elşən Poladov, müdafiəçilər- Vladimir Levin, Ruslan Əmircanov, Valeri Abramidze, İlia Kandelaki, Arif Daşdəmirov, Brüs Abdullaye, Abdulla Abatsiyev, Ruslan Cəfərov, Azər Salahlı, Cəmil Hacıyev, İlqar Ələkbərov, yarımmüdafiəçilər- Nizami Hacıyev, Petar Zlatinov, Fuad Bayramov, İbrahima Niasse, Slavço Georgiyevski, Daniel Genov, Asif Məmmədov, Samir Zərgərov, Mirsahib Abbasov,  hücumçular- Baçana Tsxadadze, Yuri Fomenko və Ramil Mansurov.
 
Xatırladaq ki, Tales Şüts ikinci dəfə əməliyyat olunmağa hazırlaşır və buna görə Türkiyə toplanışına gəlməsi sual altındadır. Digər futbolçu  Giorgi Adamiya isə hazırda Almaniyada müayinə olunur və bu səbəbdən də Türkiyə toplanışında iştirak etmir.
 
Əlavə edək ki, hazırlıq planına əsasən komanda toplanış ərzində 6 yoxlama qarşılaşması keçirməyi planlaşdırır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail