"Simurq" Qazaxıstan, Bolqarıstan, Rusiya, Xorvatiya və Rumıniya klublarınma qarşı

13.01.2013 | 4283 dəfə oxunub


Yanvarin 10-dan Antalyaya yollanan "Simurq" qardaş ölkədə qış təlim-məşq toplanışını davam etdirir. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, gündə iki dəfə olmaqla "Mardan Spor Kompleks"inin meydançasında məşq edən komanda, əsasən fiziki göstəricilərin artırılması üzərində çalışır. Ayın 17-nə qədər burada qalacaq Zaqatala təmsilçisi elə həmin gün ilk yoldaşlıq görüşünü keçirdəcək. Sarı-qaraların rəqibi Qazaxıstanın "Akjayik" kollektivi olacaq. Bundan sonra baş məşqçi Georgi Çixradze yetirmələrinə iki günlük istirahət verəcək. 
19-dan Belek bölgəsində yerləşən "Atlantik" otelində məskunlaşacaq "Simurq", burada təlim-məşq toplanışının ikinci mərhələsinə start verəcək. Yanvarın 22-də Zaqatala təmsilçisi növbəti yoxlama görüşünü keçirəcək. Komandanın bu dəfəki rəqibi MOİK (Sofiya) olacaq. Ayın 25-də isə Rusiyanın "Tom", 28-də Xorvatiyanın "Slaven Belupo" ilə "Simurq" gücünü sınaqdan keçirdəcək. Georgi Çixradzenin yetirmələrinin Antalyadakı son rəqibi yanvarın 31-də Rumıniyanın "Petrolul" klubu olacaq. Bundan sonra Antalyadakı təlim-məşq toplanışını başa vuracaq komanda, fevralın ilk günündə ölkəyə qayıdacaq və hazırlıqlara Zaqatala davam edəcək.   


Qeyd edək ki, qardaş ölkədə davam edən hazırlıq prosesində "Simurq" heyətini gücləndirməyədə davam edəcək. Baş məşqçinin istəyinə uyğun baxışa dəvət olunmuş futbolçulardan məşqçilər korpusunun rəyi əsasında transferlər həyata keçiriləcək. Onlar haqqında qərarlar yoxlama görüşlərindən sonra veriləcək.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail