B.Nasimov: "Bu mənə mənəvi cəhətdən hava-su kimi gərəkli idi" Müsahibə

13.01.2013 | 4552 dəfə oxunub

Antalya hazırlığını davam etdirən “Neftçi” PFK-nın hücumçusu Bahodir Nasimov klubun rəsmi saytına müsahibə verib:

- Zədə səbəbindən bir müddət yaşıl meydanlardan kənarda qaldın. İndi özünü nə dərəcədə hazır hesab edirsən?

- Artıq bir müddətdir ki, komanda ilə birgə məşqlərdə iştirak edirəm. Hazırda səhhətimlə bağlı problem yoxdu. Mütəmadi şəkildə fiziki testlər verirəm və məşqlərdə var qüvvəmlə çalışıram ki, meydana yüz faiz hazır qayıdım.

- Yəqin ki, yoxlama oyunlarında meydanda səni də görəcəyik.

- Mən özümü buna hazır hesab edirəm. Bununla belə bizim meydana çıxıb-çıxmayacağımıza məşqçilər qərar verir. Yoxlama oyunlarında meydanda olmaq istəyirəm.

- Avropa Liqası oyunlarını xatırlamaq istərdik. Sən də ehtiyyat oyunçular skamyasında idin.

- Bunu mən də gözləmirdim. Komanda rəhbərliyi və məşqçilər korpusu ən çətin anlarımda belə mənim yanımda oldu. Avropa Liqasının qrup oyunlarında ehtiyyat heyətə salınmağım mənə mənəvi cəhətdən hava-su kimi gərəkli idi. Mən Azərbaycanda tarix yazmış komandanın üzvü olduğuma görə fəxr edirəm.

- Hazırda Nikolas Kanales çempionatın bombardiridir. Sən isə ötən mövsüm ən sərrast hücumçu olmuşdun. İki bombardiri birlikdə meydanda görmək maraqlı olardı.

- İlk növbədə onu deyim ki, buna məşqçilər heyəti qərar verəcək. Əgər belə bir imkan olsa sevinərəm. Kanales qol duyumu olan yaxçı futbolçu və gözəl insandır. Onunla eyni vaxtda meydanda faydalı ola bilərik. Məqsədimiz ardıcıl üçüncü dəfə ölkə çempionatının qalibi olmaq və kuboku qazanmaqdır. Bu hədəflərə çatmaq üçün əlimdən gələni etməyə hazıram. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail