"Bakı" Antalyaya yollandı

14.01.2013 | 4084 dəfə oxunub

Bu gün "Bakı" futbol klubunun A komandası iki həftə ərzində təlim-məşq toplantısı keçiriləcək Antalyaya yollanıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, əməliyyat sonrası bərpa dövrü keçən kosta-rikalı hücumçu Uinston Parks və milli komandada olan Namiq Ələsgərov xaric olmaqla tam heyətlə toplanan məşqçi-futbolçu heyəti və personal səfər qəlyanaltısından sonra klubun təlim-məşq bazasından ayrılıblar.

Klub rəhbəliyinin yaxşı yol arzuları ilə səfərə çıxan komanda Heydər Əliyev adına hava limanına istiqamət alıb. U-19 Azərbaycan milli komandasının heyətində ölkəmizi Qranatkin turnirində təmsil edən Namiq Ələsgərov bu gün Sankt-Peterburqdan birbaşa Antalyaya gələrək, düşərgəyə qatılacaq. Toplantıya dvət alanlar arasında əvəzedici komandanın gənc üzvü Vüqar Bəybalayev də var. 

Komandanı Türkiyəyə aparan təyyarə saat 14.35 radələrində havaya qalxıb. 

Axşam saatlarında Antalyaya çatan və Bələkin "Rixos Premium" otelində məskunlaşacaq komandasabah (15 yanvar 2013) təlim-məşq toplnatlsl çərçivısində ilk məşqinə çıxacaq. 14 gün davam edəcək (14-28 yanvar 2013) hazırlıq prosesi ərzində 3 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulur.


Komandanın həkimi Rafiq Hüseynovun verdiyi raporta əsasən, hərarəti yüksəl olan olan Əziz Quliyevdən başqa futbolçuların səhhəti ilə bağlı hər hansı bir narahatlıq yoxdur. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail