"Milliyet" Orxan Əliyevin "Trabzonspor"a yollanacağından yazıb

14.01.2013 | 4900 dəfə oxunub

"Sumqayıt" Futbol Klubunun üzvü Orxan Əliyevin “Trabzonspor”a baxışa dəvət olunması Türkiyə mətbuatının da diqqətini çəkib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, qardaş ölkənin aparıcı mətbuat orqanlarından sayılan “Milliyet” qəzeti futbolçumuzun "bordo-mavililər"in heyətinə yollanacağı xəbərini təsdiqləyib. "Milliyet" qəzetinin internet səhifəsi (http://skorer.milliyet.com.tr/aliyev-surprizi/trabzonspor/detay/1655118/default.htm) xəbəri “Əliyev sürprizi” başlığı ilə yayımlayıb.
Xəbərdə “Trabzonspor”un 18 yaşlı Orxan Əliyevlə maraqlandığı və futbolçumuzun baxışdan keçmək üçün Türkiyəyə çağırıldığı qeyd edilib. Həmçinin bildirilir ki, Qara dəniz təmsilçisi Əliyevi heyətinə qatacağı halda türk oyunçu statusundan yararlanacaq.
Qeyd edək ki, “Trabzonspor” Orxan Əliyevi baxışa çağırıb. Gənc futbolçu yanvarın 22-dən 29-dək baxışdan keçəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail